Dünya Bankı

                                                                                       

Dünya Bankı — dünyada qlobal iqtisadi inkişaf məqsədlərinə xidmət edən və maliyyə resurslarının bölgüsünü təmin edən ən böyük donor təşkilatlardan biridir. 1 iyul 1944-cü ildə Bretton-Vuds konfransında təsis olunmuşdur. Dünya Bankı heç də klassik mənada bank deyil, ixtisaslaşmış agentlikdir. Birləşmiş Millətlər Təşkilatının (BMT) ixtisaslaşmış qurumlarından biridir. BMT tərəfindən yaradılan bu agentliyin hazırda 184 üzvü var. Üzv ölkələr bu qurumun fəaliyyətinə nəzarət edir. Dünya Bankı inkişaf etməkdə olan ölkələrə çox aşağı faiz dərəcəsi ilə və ya faizsiz uzunmüddətli kreditlər və qrantlar verir. Dünya Bankı Azərbaycan hökuməti ilə də struktur islahatlarının aparılması istiqamətində əməkdaşlıq edir. 1996-cı ildə Bankın Azərbaycanda yerli nümayəndəliyi açılmışdır.

Dünya Bankı tərəfindən Azərbaycanda həyata keçirilən layihələr haqqında
Layihənin adı: 
Məqsədi
İcra müddəti
İcraçı təşkilat
Təsərrüfatların Özəlləşdirilməsi Layihəsi
 
Kənd Təsərrüfatının İnkişafı üzrə Beynəlxalq Fond (IFAD) tərəfindən verilən kreditə uyğun olaraq təbii ehtiyatları və ətraf mühitin ekoloji tarazlığını qorumaqla dağ və yüksək dağlıq ərazilərdə kənd təsərrüfatını inkişaf etdirmək, orada yaşayan əhalinin gəlirlərini artırmaq, benifisiarların bazar iqtisadiyyatında fəal iştirakını, təbii ehtiyatlardan istifadə və idarə etmək, onların təşkilatlanmasını gücləndirmək, maliyyə, texniki və kommersiya xidmətlərindən faydalanmağı, ətraf mühiti qorumaq və bərpa etmək qabiliyyətini aşılamaqla onların həyat səviyyəsini yüksəltməkdən ibarətdir.
1997 – 2003-cü illər
AKİA
Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətinin Gücləndirilməsi Layihəsi
Sanitar və fitosanitar xidmətlərin gücləndirilməsi, seçilmiş dəyər zəncirlərinin gücləndirilməsi və aqrobiznes müəssisələrinə maliyyə xidmətlərinin göstərilməsi vasitəsilə kənd təsərrüfatı istehsalçılarının bazarlara çıxışlarına köməklik edilməsi.
2014-2021-ci illər
AKİA