Damazlıq heyvan
- Nağd ödəmə ilə
- Kreditlə
- Güzəşt edilməsi üçün tələb olunan sənədlər
- * Hüquqi şəxs olduqda
- Damazlıq heyvanı kimdən alım?
- Sığorta
- Müvəkkil Kredit Təşkilatları və əlaqə vasitələri
- Qiymətləndirmə
- Hesablama qaydası
- Kalkulyator
Hesablama qaydası
- Subsidiya məbləği gömrük dəyərinin və ya yerli damazlıq heyvan olduqda qiymətləndirmə nəticəsində müəyyən edilmiş dəyərin 60%-ni təşkil edir
- Qiymətləndirci tərəfindən müəyyən olunmuş qiymətin minimum 25%-i ilkin ödəniş edilir
- Qiymətləndirici tərəfindən müəyyən olunmuş qiymətin geridə qalan məbləği bank tərəfindən kredit olaraq ayrılır.
- Satış qiyməti qiymətləndirmə dəyərindən çox olarsa artıq olan hissə müştəri tərəfindən ödənilir
Nümunə
Gömrük dəyəri - 3.000 AZN
Qiymətləndirmə dəyəri - 3.200 AZN
Subsidiya məbləği
Gömrük dəyərinin 60% (3.000 * 60% = 1,800 AZN)
İlkin ödəniş
Qiymətləndirmə dəyərinin 25% (3.200 * 25% = 800 AZN)
Kredit məbləği
3.200 – 800 – 1.800 = 600 AZN
AKİA xəbərdarlıq edir:
Dövlət tərəfindən müxtəlif iri və kiçik təsərrüfatlara damazlıq heyvanların alınmasına 60% maliyyə dəstəyi verilir və bu dəstək ölkədə damazlıq heyvanların sayının artırılması və cins tərkibinin yaxşılaşdırılmasına, habelə yerli şərtlərdə yetişdirilmiş damazlıq heyvanların sayının artımına, eləcə də məşğulluğun artırılması məqsədilə kiçik fermerlər üçün bu növ heyvanların əldə olunmasının əlçatanlığının təmin olunmasına xidmət edir.
Damazlıq heyvan təsərrüfatı kimi qeydiyyatdan keçmiş təsərrüfatlara (yerli təchizatçılara) heyvan satışı zamanı simmental və holşteyn cinsli iribuynuzlu heyvanlar üzrə satış qiymətlərinin aşağıdakı hədlərdə həyata keçirilməsini tövsiyə edilir:
- Simmental cinsli heyvanlar üçün maksimal dəyər: 3600 AZN
- Holşteyn cinsli heyvanlar üçün maksimal dəyər: 3300 AZN
Yerli təsərrüfatlarda yetişdirilmiş damazlıq heyvanların alqı-satqısı üçün güzəştlərin hesablanması qeyd olunan hədlər çərçivəsində həyata keçiriləcəkdir.