Beynəlxalq kredit layihələri
- KƏND TƏSƏRRÜFATININ RƏQABƏT QABİLİYYƏTİNİN GÜCLƏNDİRİLMƏSİ LAYİHƏSİ
- KƏND YERLƏRİNİN KOMPLEKS İNKİŞAFI LAYİHƏSİ
Layihə üzrə əsas fəaliyyətlər:
- Sanitar və fitosanitar xidmətlərin dəstəklənməsi
- Qida məhsullarının təhlükəsizliyi üzrə bacarıqların artırılması
- Bitki sağlamlığı və fitosanitar sistemin təkmilləşdirilməsi
- Heyvan sağlamlığı və baytarlıq xidmətləri
- Məqsəd: Kənd təsərrüfatı və ərzaq məhsullarının ticarətində mövcud olan maneələri azaltmaq üçün sanitar və fitosanitar xidmətlərin effektivliyini və səmərəliliyini gücləndirməkdir.
- Kənd təsərrüfatında dəyər zəncirinin inkişafı
- Aqrobiznesin inkişafı üçün investisiya dəstəyi
- Toxum sektorunun inkişafı
- Məqsəd: Seçilmiş təchizat zəncirlərinin məhsuldarlığının və bazara inteqrasiyasının yaxşılaşdırılması, dəyər zənciri iştirakçıları arasında əlaqələrin gücləndirilməsi və həmçinin, bazara daxil olan toxum növlərinin və bu növlərin keyfiyyətinin yaxşılaşdırılması üzrə fəaliyyətlərin dəstəklənməsidir.
- Kənd təsərrüfatı (aqrobiznes) müsəssisələri üçün maliyyə xidmətləri
- Azərbaycanın aqro-ərzaq sektorunda fəaliyyət göstərən müəssislərin rəqabətliliyini, istehsalın və keyfiyyətin artırılması, o cümlədən, texnologiyaların təkmilləşdirilməsi üçün ayrılan kredit xətti vasitəsilə inkişaf etdirməkdir.
- Layihə idarəçiliyi
- Dünya Bankının qaydalarına uyğunluğunun təmin edilməsi məqsədilə Layihə İdarəetmə Qrupunun (LİQ) mütəxəssisləri tərəfindən müvafiq fəaliyyətlərin əlaqələndirilməsi, həmçinin, layihənin həyata keçirilməsi və eyni zamanda idarəedilməsi ilə bağlı inzibati və əməliyyat xərclərinin maliyyələşdirilməsidir.
- Layihə idarəçiliyi
Layihədən gözlənilən nəticələr:
Heyvan sağlamlığı və baytarlıq xidmətləri
Kənd təsərrüfatında dəyər zəncirinin inkişafı
Aqrobiznesin inkişafı üçün investisiya dəstəyi:
Toxum sektorunun inkişafı
- Sanitar və fitosanitar xidmətlərin dəstəklənməsi:
- Qida məhsullarının təhlükəsizliyi üzrə bacarıqların artırılması
- Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun kadr hazırlığı məqsədilə müfəssəl təlim proqramının hazırlanması və təlimlərin keçirilməsi nəzərdə tutulmuşdur
- Qida təhlükəsizliyi infrastrukturunun təkmilləşdirilməsi məqsədilə laboratoriyaların avadanlıq və ləvazimatlarla (nümunə götürmə və s.) təchiz edilməsi, o cümlədən laboratoriyaların akkreditasiyasına dəstəyin göstərilməsi və təlimlərin keçirilməsi nəzərdə tutulmuşdur.
- Kimya Toksikologiya laboratoriyasının təkmilləşdirilmısi nəzərdə tutulmuşdur
- Zərərvericilərə qarşı mübarizə tədbirləri və zərərvericilərin risk analizi sahəsində bacarıqların artıtılması nəzərdə tutulmuşdur
- Bitki sağlamlığı və fitosanitar sistemin təkmilləşdirilməsi
- Kənd təsərrüfatında pestisidlərdən istifadənin azaldılması məqsədilə bitki mühafizəsi üçün bioloji nəzarət proqramı inkişaf etdiriləcək və yeni üsulların nümayişi üçün zərərverən orqanizmlərə qarşı inteqrir (kompleks) mübarizə üsulları mövzusunda sahə nümayişləri daxil olmaqla fermerlər və müvafiq elmi tədqiqat institutlarının mütəxəssisləri təlimləndiriləcəklər; Azərbaycan Elmi Tədqiqar Bitki Mühafizəsi və Texniki Bitkilər İnstitutunun bioloji nəzarət üzrə fəaliyyət proqramına dəstək məqsədi ilə institutun bioloji və zəhər qalıqlarının müəyyən edilməsi və alaqlarla mübarizə laboratoriyaları avadanlıqlarla təchiz olunacaqdır. Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) bitki mühafizəsi ixtisası üçün kurrikulum təkmilləşdiriləcəkdir, bu da Respublikada fitosanitar sistemin inkişaf etdirilməsi üçün rəqabətə davamlı, müasir bazar tələbatlarına uyğun ixtisaslı kadrların hazırlanmasını təmin edəcəkdir.Aqrar Xidmətlər Agentliyinin müfəttişləri, digər elmi-tədqiqat institutlarının mütəxəssisləri, həbelə alimlər və tələbələr arasında geniş istifadə olunacaq Azərbaycan Respublikasında karantin əhəmiyyətli ziyanlı orqanizmlərə dair atlasın nəşr olunacaqdır.
- 798 sahə baytarlıq məntəqələrinin özəlləşdirilməsi, baytarlıq palatasının yaradılması nəzərdə tutulmuşdur. Nəticədə baytar həkimlər arasında sağlam rəqabət yaranacaq, mütəxəssislərin hazırlıq səviyyəsi və icra etdiyi xidmətlərin keyfiyyəti yüksələcəkdir.
- Heyvan xəstəliklərinə nəzarət proqramının təkmilləşdirilməsi (xüsusən brusellyoz xəstəliyinə qarşı) – baytarlıq mütəxəssisləri arasında təlimlər, sero-sorğular həyata keçiriləcək, iri və xırdabuynuzlu heyvanların brusellyoz xəstəliyi əleyhinə peyvəndlənməsi nəticəsində ölkə ərazisində brusellyozun privalentliyinin (yayılma səviyyəsinin) kəskin azaldılması təmin ediləcəkdir. Xəstəliyin səbəb olduğu iqtisadi ziyan aradan qalxacaq, insanlarda brusellyoz xəstəliyinə yoluxma azalacaq və digər oxşar dinamikalı xəstəliklərə qarşı da mübarizə təcrübəsi yaranacaqdır.
- Heyvanların İdentifikasiyası və Qeydiyyatı Sistemi (AİRS) – heyvan xəstəlikləri və ərzaq təhlükəsizliyi ilə əlaqədar beynəlxalq tələblərə uyğun informasiya sistemi qurulacaq, mərkəzi səviyyədə heyvan xəstəliklərinə nəzarət güclənəcək və epidemiolji təhlil mümkün olacaqdır.
- Azərbaycan Dövlət Aqrar Universitetinin baytarlıq təbabəti və zoomühəndislik fakültəsinə dəstək nəticəsində baytarlıq sahəsində tədris proqramı təkmilləşdiriləcək və beynəlxalq standartlara uyğun universitetlərin baytarlıq fakültələri ilə əməkdaşlıq qurulacaqdır. Fakültənin maddi texniki bazası gücləndirilməsi nəzərdə tutulmuşdur. Yeni tətbiq edilən tədris üsulları, texnologiyalar və təcrübələr nəticəsində biliklər artırılaraq peşəkar kadr hazırlığı təmin ediləcəkdir.
- Brusellyoz xəstəliyinə qarşı aparılan tədbirlər çərçivəsində laboratoriya şəbəkəsi təkmilləşdiriləcək, müasir avadanlıqlarlar, reagentlər və ləvazimatlarla təchiz ediləcək və ölkədə ilk dəfə serum bank yaradılacaqdır.
- Məhsuldar tərəfdaşlar yaradılacaq, layihə çərçivəsində investisiya dəstəyi almaq üçün sub-layihələrin hazırlanmasına texniki yardım və aqrobiznes dəyər zəncirlərinə investisiya dəstəyi göstəriləcəkdir;
- Layihənin fəaliyyəti nəticəsində rəqabətə davamlı məhsul istehsalı və tədarükü üçün Azərbaycana məxsus müasir model yaradılacaq və həmin model ölkənin bütün ərazisində tətbiq ediləcəkdir.
- Rəqabətə davamlı və ixrac qabiliyyətli kənd təsərrüfatı məhsullarının müasir standartlara uyğun istehsalını təmin edə biləcək iştirakçılar müəyyənləşdiriləcək və onların iştirakı ilə dəyər zəncirləri qurulacaqdır. Layihə çərçivəsində 20 məhsuldar tərəfdaşlıq/dəyər zəncirləri formalaşdırılacaqdır. Həmin dəyər zəncirlərinin həyata keçirilməsi, habelə Layihənin digər fəaliyyətləri nəticəsində 10000 nəfərin faydalanması gözlənilir. Bu dəyər zəncirlərinin ən azı 60%-ində 20% məhsul artımına nail olunması nəzərdə tutulmuşdur.
- Kimya Texnoloji laboratoriyası və İSTA (Beynəlxalq Toxum Sınaqları üzrə Assosiasiya) standartlarına uyğun Mərkəzi Toxum laboratoriyası yenidən qurulacaq, avadanlıq təchizatı təmin ediləcək, laboratoriya işçiləri bacarıqlarının artırılması üçün təlimləndiriləcəklər.
- Regional toxum sertifikatlaşdırma mərkəzləri və Sort Sınaq məntəqələri dəstəklənəcəkdir (bilik və bacarıqları artırılacaq, yeni mebel dəsti və müvafiq laboratoriya avadanlıqları ilə təmin ediləcəkdir).
- Layihə çərçivəsində Əkinçilik Elmi Tədqiqat İnstitutunun dərin keyfiyyəti laboratoriyası, sortların yetişdirilməsi proqramı dəstəklənəcək, bölgə təcrübə təsərrüfatları toxum emal edən avadanlıq xətti ilə təmin olunacaqdır.
- Həmçinin layihə çərçivəsində özəl toxum yetişdirənlərə dəstək məqsədi ilə dəyərinin 50% layihə tərəfindən ödənilməklə güzəştli şəkildə toxum təmizləyən avadanlıqların alınması da nəzərdə tutulmuşdur. Bu da nəticə etibarı ilə ölkənin ərzaq təhlükəsizliyi baxımından yüksək məhsuldar sortların yetişdirilməsi məqsədilə müasir tələblərə uyğun toxumların əldə olunması üçün müvafiq infrastrukturun yaradılması və bacarıqların artırılmasını təmin edəcəkdir.
Kənd təsərrüfatı (aqrobiznes) müsəssisələri üçün maliyyə xidmətləri
- Maliyyə xidmətlərinin göstərilməsi vasitəsilə aqrobiznesin və aqro-ərzaq məhsullarının emalı sektorunun inkişafına dəstək veriləcəkdir;
- Kommersiya bankları vasitəsilə orta aqrobiznes kredit xətti dəstəklənəcəkdir;
- Kənd təsərrüfatının kreditləşməsi üzrə biliklərin artırılması proqramı və kənd təsərrüfatı sığortası sisteminin inkişafı üçün kompleks tədqiqat aparılacaqdır.
- Kənd təsərrüfatının müxtəlif sahələrini inkişaf etdirmək məqsədilə layihə tərəfindən güzəştli kreditlərin verilməsi nəzərdə tutulmuşdur. Bu da öz növbəsində yerli sahibkarların məhsul artımına, istehsal edilmiş məhsulların ixrac potensialının yüksəldilməsinə və yeni iş yerlərinin yaradılmasına xidmət edəcəkdir.
Layihə idarəçiliyi:
- Kənd təsərrüfatı sahəsində mövcud kreditləşmə mexanizmlərinin təhlili və təkmilləşdirilməsi üçün təkliflərin, habelə yeni kredit məhsullarının hazırlanması məqsədilə Almaniyanın “Frankfurt School of Finance and Management” şirkəti ilə əməkdaşlıq nəzərdə tutulmuşdur
Layihə üzrə əsas fəaliyyətlər:
Kənd İnfrastrukturunun İnkişafı və Sudan İstifadəedənlər Birliklərinə Dəstək
- SİB- in yaradılması
- Suvarma sistemlərinin bərpası işləri,
- Sosial infrastrukturun yaxşılaşdırılması
Kənd Təsərrüfatı Məhsuldarlığının və mənfəətliliyin artırılması
- Bitkiçilik məhsuldarlığı və rentabelliyinin artırılması
- Heyvandarlığın məhsuldarlığı və rentabelliyinin artırılması
- Təbii resurslardan istifadənin yaxşılaşdırılması və landşaftın bərpası
Kənd Maliyyə Xidmətləri
- Bank Olmayan Kredit Təşkilatları (BOKT) vasitəsilə orta müddətli kreditləşmə;
- İcma əsaslı təşkilatlar vasitəsi ilə kiçik və mikro-kreditləşmə
Layihənin İdarəedilməsi
Layihədən gözlənilən nəticələr:
- Kənd İnfrastrukturunun İnkişafı və Sudan İstifadəedənlər Birliklərinə Dəstək: Yevlax və Ağdaş rayonlarının 125 kəndində 17 Sudan İstifadəedənlər Birlliyi ərazisində 26 604 təsərrüfatın suvarma suyu ilə təminatı yaxşılaşacaq, su itkiləri torpaq kanallarda 25 % , beton üzlüklü kanallarda isə 5% civarında olacaqdır. Suvarma suyunun yaxşılaşması ilə əlaqədar təsərrüfatlarda müxtəlif bitkilər üzrə məhsuldarlıq göstəricilərinin 2 dəfəyədək artması və mövcud gəlirlərin yüksəlişi gözlənilir.
Kənd Təsərrüfatı Məhsuldarlığının və Mənfəətliliyin Artırılması:
- Layihə ərazilərindəki təsərrüfatlar yeni məhsuldar bitki sortlarını əldə edərək, yeni bilgilərə sahib olacaq və öz gəlirlərini 2 dəfəyədək artırmaq imkanı əldə edəcək, yeni texnologiyalara yiyələnəcəklər.
- Heyvandarlıqla məşgul olan təsərrüfatlar yeni məhsuldar cins mal-qara sortları və heyvan mənşəli xəstəliklərin vaxtında qarşısının alınması imkanı əldə edəcək, məhsuldarlıq göstəricilərinin artması ilə gəlirləri yüksələcəkdir
- Layihə ərazilərində otlaqların tədqiqatı və yaxşılaşdırılması üzrə bərpa işləri aparılacaq, yeni toxum sortları yetişdiriləcək, erroziyaya uğramış ərazilərdə meyvə bağlarının salınması və meşə bərpası işləri ətraf mühitin qorunmasına dəstək olacaqdır.
- KTN-nin strukturuna daxil olan bir sıra toxum nəzarəti və sertifikatlaşdırma laboratoriyalarının, sort-sınaq məntəqələrinin, Şəki Dayaq Məntəqəsinin, Göygöl Süni Mayalama Mərkəzinin, zona baytarlıq laboratoriyaların və Quba Meyvəçilik və Çayçılıq Elmi Tədqiqat İnstitunun maddi texniki bazasının möhkəmlənməsi gələcəkdə təsərrüfatların daha məhsuldar bitki və heyvan toxum vasitələri ilə təchiz olunmasına öz töhfəsini verəcəkdir.
Kənd Maliyyə Xidmətləri
- Təsərrüfatlar istənilən anda daha asan və aşağı faizlərlə öz yaşadıqları ərazilərdə əlavə xərclər çəkmədən maliyyə resurslarını əldə etmək imkanına malik olacaqlar.