AQRO XƏBƏRLƏR

”İnsan Hüquqları Aylığı” çərçivəsində tədbir keçirilib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən elan olunmuş “İnsan Hüquqları Aylığı” çərçivəsində Kənd Təsərrüfatı Nazirliyi tabeliyində fəaliyyət göstərən Aqrar Kredit və İnkişaf Agentliyinin (AKİA) təşkilatçılığı ilə “İnsan hüquqlarının və azadlıqlarının mahiyyəti” mövzusunda tədbir keçirilib.
Tədbirdə ümummilli lider Heydər Əliyev tərəfindən ölkəmizdə insan hüquqları sahəsində həyata keçirilən əhəmiyyətli işlər, o cümlədən əsas hüquq və azadlıqları özündə əks etdirən Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsi,​ 1998-ci ilin 18 iyun tarixində “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı”nın təsdiq edilməsi və insan hüquqlarının və azadlıqlarının təmin olunmasında dövlət siyasətinin əsas istiqamətlərindən bəhs edilib. Həmçinin Prezident İlham Əliyevin 2007-ci il 18 iyun tarixli sərəncamı ilə hər il iyunun 18-i Azərbaycan Respublikasında İnsan hüquqları günü kimi qeyd edilməsi və onun əhəmiyyəti haqqında danışılıb.
Tədbirdə insan hüquqları və qanuni mənafelərinin qorunması istiqamətində dövlət səviyyəsində görülmüş məqsədyönlü işlərə toxunulub, insan hüquqlarının müdafiəsi və təşviqi sahəsində həyata keçirilən geniş fəaliyyət barədə görüş iştirakçılarına ətraflı məlumat verilib.
Sonda mövzu ətrafında fikir mübadiləsi aparılıb, tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.