2023-cü il hesabatı

Dövlət dəstəyi şöbəsi
Hesabat dövrü ərzində 61 rayon (şəhər) üzrə fermerlərə becərdikləri əkin sahələrinə və çoxillik əkmələrə görə dövlət büdcəsinin vəsaiti hesabına ümumilikdə 262491.87 min manat, o cümlədən 356614 nəfər fermerə 1194.67 min hektar əsas əkinlərə görə 257004.53 min manat və 11.76 min fermerə 54.96 min hektar təkrar əkinlərə görə 5487.34 min manat məbləğində dövlət büdcəsinin vəsaiti hesabına əkin subsidiyası ödənilmişdir.
2023-cü ildə 149 toxum və ting istehsalçısına istehsal edib satdıqları 1-ci və 2-ci reproduksiyalı toxum və tinglərə görə dövlət büdcəsindən ümumilikdə 6002.3 min manat məbləğində subsidiya verilmişdir. Bu subsidiyanın 5429.5 min manatı taxıl toxumu (buğda və arpa) istehsalçılarına, 257,29 min manatı kartof toxumu istehsalçılarına, 40,54 min manatı yonca toxumu istehsalçılarına, 63 min manatı qarğıdalı toxumu istehsalçılarına, 2,33 min manatı noxud toxumu istehsalçılarına, 14,22 min manatı tərəvəz toxumu istehsalçılarına, 17,23 min manatı pambıq toxumu istehsalçılarına, 138 min manatı meyvə tingi istehsalçılarına və 40,15 min manatı çay tingi istehsalçılarına ödənilmişdir.
2023-cü ildə həmçinin istehsal edilib təhvil verilmiş 266,24 min ton xam pambığa görə 21 rayon üzrə 15029 fermerə 50585,23 min manat, təhvil verilmiş 191,03 min ton şəkər çuğunduruna görə 19 rayon üzrə 80 fermerə 3438,61 min manat, təhvil verilmiş 3789,68 ton quru və 22500,98 ton yaş tütünə görə 8 rayon üzrə 313 fermerə 1522,97 min manat məbləğində məhsul subsidiyası ödənilmişdir. Habelə, 13 rayon üzrə 18 fermer tərəfindən 2022-2023-cü əkin ilində istehsal edilib təhvil verilən 83663,22 ton ərzaqlıq buğdaya görə 12536,53 min manat məbləğində dövlət büdcəsinin vəsaiti hesabına məhsul subsidiyası verilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”nın 3.14-cü bəndinə uyğun olaraq 2022-ci ildə ödənilməli olan bəzi subsidiyalar 2023-cü ildə ödənilmişdir. Belə ki, hesabat ili ərzində 18 rayon üzrə 2052 pambıq istehsalçısına 18762.89 ton xam pambığa görə 3189.69 min manat, 3 rayon üzrə 27 tütün istehsalçısına 706.25 ton quru tütünə, 723.27 ton yaş tütünə görə 145.65 min manat və 10 rayon üzrə 30 şəkər çuğunduru istehsalçısına 9820,14 ton şəkər çuğunduruna görə 117.84 min manat olmaqla, ümumi olaraq 2022-ci ildə ödənilməli olan 3453.18 min manat məbləğində subsidiya fermerlərə dövlət büdcəsinin vəsaiti hesabına ödənilmişdir.
Eyni zamanda süni mayalanma yolu ilə doğulan 103000 baş buzova görə 49526 nəfər buzov sahibinə 10300 min manat, 3461 kümçüyə təhvil verdikləri 341.76 ton yaş baramaya görə 2050.57 min manat məbləğində subsidiya ödənilmişdir.
Qeyd olunan subsidiyaların ödənilməsi üçün 2023-cü ildə dövlət büdcəsindən, cəmi 352381.23 min manat vəsait sərf olunmuşdur.
Nəzarət və qiymətləndirmə şöbəsi                                                              
  1. AKİA Çağrı Mərkəzinə 8666, ESD üzərindən AKİA-ya 634 , ümumilikdə 9300 müraciət daxil olmuşdur.
  2. Şabran DAİM əməkdaşı tərəfindən tərtib edilən 19 inzibati xəta haqqında protokol əsasında 6 iş üzrə icraata xitam verilmə haqqında qərar qəbul edilib , 13 iş üzrə inzibati xəta haqqında protokol əsasında fermerə ödənən subsidiyanın 2 misli miqdarında cərimə edilməsi bərədə İnzibati tənbeh vermə haqqında qərar qəbul edilərək ixm.agro.org saytına işlənmişdir.
  3. Masallı DAİM əməkdaşı tərəfindən tərtib edilən 95 inzibati xəta haqqında protokol əsasında 42 iş üzrə ödənmiş subsidiya fermer tərəfindən geri qaytarıldıgı üçün xəbərdarlıq edilməsi barədə İnzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş və tərtib olunmuş 53 iş üzrə inzibati xəta haqqında protokol əsasında fermerə ödənən subsidiyanın 2 misli miqdarında cərimə edilməsi bərədə İnzibati tənbeh vermə haqqında qərar qəbul edilərək ixm.agro.org saytına işlənmişdir.
  4. Şəki DAİM əməkdaşı tərəfindən tərtib edilən 13 inzibati xəta haqqında protokol əsasında 2 iş üzrə ödənmiş subsidiya fermer tərəfindən geri qaytarıldıgı üçün xəbərdarlıq edilməsi barədə İnzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş və tərtib olunmuş 11 iş üzrə inzibati xəta haqqında protokol əsasında fermerə ödənən subsidiyanın 2 misli miqdarında cərimə edilməsi bərədə İnzibati tənbeh vermə haqqında qərar qəbul edilərək ixm.agro.org saytına işlənmişdir.
  5. İmişli DAİM əməkdaşı tərəfindən tərtib edilən 5 iş üzrə ödənmiş subsidiya fermer tərəfindən geri qaytarıldıgı üçün xəbərdarlıq edilməsi barədə İnzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir.
  6. Ağcabədi DAİM əməkdaşı tərəfindən tərtib edilən 6 iş üzrə inzibati xəta haqqında protokol əsasında fermerə ödənən subsidiyanın 2 misli miqdarında cərimə edilməsi bərədə İnzibati tənbeh vermə haqqında qərar qəbul edilərək ixm.agro.org saytına işlənmişdir.
  7. 2022-2023-cü ilin 2336 əkin bəyanlarının monitorinq nəticələri EKTİS-ə daxil edilmişdir .
  8. Keçirilmiş monitorinqlərlə bağlı həftəlik və aylıq hesabat hazırlanmışdır.
  9. Nəzarət və qiymətləndirmə şöbəsi tərəfindən ESD sistemində 327 sənəd icra olunmuşdur.
  10. Kredit və güzəşt verilmiş 28-damazlıq heyvan, 702-si texnika, 349-u mikrokredit olmaqla, ümumilikdə  1079 təsərrüfatda  monitorinqlər keçirilmişdir. 28 damazlıq heyvan təsərrüfatından  15-i, texnika krediti üzrə 238-i, mikrokredit üzrə isə 16-i olmaqla ümumilikdə 269 təsərrüfatın vəziyyəti qeyri-qənaətbəxş hesab edilmiş, nəticədə 264 269,95 AZN kreditin və 927 955,54 AZN manat güzəşt məbləğinin təyinatı üzrə istifadə edilmədiyi aşkar olunmuşdur.
  11. 9 344 134,47 AZN Kredit və 50 277 957,04 AZN güzəşt verilməsi nəzərdə tutulan 363 təsərrüfatda keçirilmiş ön monitorinqlər nəticəsində 331 təsərrüfatın vəziyyəti qənaətbəxş ( 7 369 934,69 AZN kredit və 44 464 300,95 AZN güzəşt), 21 təsərrüfatın vəziyyəti qeyri-qənaətbəxş ( 354 907,3 AZN kredit və 2 111 123,98 AZN güzəşt) , 11 təsərrüfatın vəziyyəti qismən-qənaətbəxş ( 1 619 292,48 AZN kredit  və 3 749 457,91 AZN güzəşt) olaraq qiymətləndirilmişdir .
  12. Soğan, kartof və taxıl istehsalçısı olan 2860 fermer arasında sorğu keçirilmiş və nəticəsi barədə hesabat hazırlanaraq aidiyyəti üzrə məruzə edilmişdir . Həmçinin 5200 adda kənd təsərrüfat təyinatlı texnikalar verilmiş 2998 fermerdən 2193 fermer arasında sorğu keçirilmiş , bunlardan 1957 qənaətbəxş , 236 qeyri-qənaətbəxş olmuşdur.  189 fermer təchizatçıya müraciət etsə də, ona köməklik olunmadığını, 24 fermer onun  adına olan texnikadan məlumatı olmadığını, 18 fermer ehtiyat hissəsi tapılmadığını, 4 fermer qiymətin baha olmasını, 1 fermer isə naviqasiyaya görə ondan 500 manat tələb olunduğunu bildirmişdir.
  13. 2022-2023-cü əkin ili 2336 bəyandan 499 qeyri-qənaətbəxş, 1779 qənaətbəxş hesab edilmişdir və  58 bəyan isə qismən ödənilmişdir .
  14. Elektron məhkəmə sisteminə daxil olunmuş bildirişlərin izlənilməsi .
  15. 197 ilkin mediasiya sessiyasında iştirak edilmiş, bunlardan 18 cavabdehlə barışıq əldə olunmuş, 179 halda isə müvafiq arayışlar alınıb aidiyyəti üzrə təhvil verilmişdir .
  16. Daxil olmuş bildiriş əsasında 7 Məhkəmə prosesində iştirak edilmişdir .
Kredit Kredit şöbəsi
  1. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaiti hesabına güzəştli kreditlər, habelə kənd təsərrüfatı istehsal vasitələrinin alışının maliyyələşdirilməsinin təmin edilməsi üçün müvəkkil kredit təşkilatlarına limitlərin ayrılması məqsədilə Agentliyin vəsaitindən istifadə üzrə Müsabiqə Komissiyasına məlumat və təkliflər təqdim edilmişdir;
  2. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaiti hesabına nağd güzəştli kreditlər, habelə kənd təsərrüfatı istehsal vasitələrinin alışının maliyyələşdirilməsinin təmin edilməsi üçün müvəkkil kredit təşkilatlarına limitlərin ayrılması məqsədilə Agentliyin vəsaitindən istifadə üzrə Müsabiqə Komissiyasının 11 sayda iclası təşkil edilmişdir. Keçirilmiş iclasların nəticəsi protokollaşdırılmışdır;
  3. Əvvəlki illərin məlumatları əsasında MKT-lər, maliyyələşmə məhsulları (aşağı faizli, mikrokredit, texnika və damazlıq), habelə spesifik texnika növləri və damazlıq heyvan cinsləri üzrə təhlillər aparılaraq məlumatlar analiz edilmişdir. Büdcədən gözlənilən daxilolmalar nəzərə alınmaqla 2023-cü il ərzində ayrılacaq proqnoz limitlərlə bağlı məlumatlar hazırlanmışdır.
  4. Mərkəzi Bankdan müvəkkil kredit təşkilatlarının maliyyə statistik göstəriciləri ilə bağlı məlumatlar sorğu edilmişdir;
  5. Dövlət proqramları, Strateji Yol Xəritələri və Tədbirlər Planı ilə əlaqədar görülmüş işlər barədə 150-ə yaxın hesabat hazırlanaraq təqdim edilmişdir. ATM və digər daxili qurumlara texnika və heyvandarlıq maliyyələşmələrində ölkə mənşəyi və təsnifat qrupları üzrə dövri məlumatlar təqdim olunmuşdur;
  6. Agentlik tərəfindən müvəkkil kredit təşkilatları vasitəsilə ayrılan kredit və güzəşt məbləğləri, sahibkarlıq subyektləri, ayrılmış vəsaitlərin təyinatı və ayrılmış vəsaitlərlə bağlı digər aidiyyəti məlumatları özündə əks etdirən hesabatlar tərtib edilmişdir;
  7. Müvəkkil kredit təşkilatlarında aparılan audit yoxlamaları ilə əlaqədar və verilmiş kreditlər üzrə girov qoyulmuş əmlakların yüklülükdən azad edilməsinə razılığın verilməsi barədə daxil olan müraciətlərin cavablandırılması istiqamətində məlumatlar aidiyyəti üzrə təqdim edilmişdir. Bu çərçivədə 95 sayda sorğu cavablandırılmışdır;
  8. 2023-cü il üzrə maliyyə mənbələri və vəsaitlərin istifadə istiqamətləri üzrə müvafiq proqnozlar hazırlanmışdır;
  9. Agentliyin vəsaiti hesabına ayrılmış kreditlər üzrə 2022-ci il üzrə faiz gəlirlərinin dəqiqləşdirilməsi, üzləşdirilməsi, MKT-lərlə üzləşmə aparılması və Agentliyin gəlirlərində tanınması üzrə işlər aparılmışdır;
  10. MKT-lərin Agentlik qarşısında olan öhdəliklərinin tanınması məqsədilə üzləşmə aktlarının imzalanması prosesi həyata keçirilmişdir;
  11. MKT-lərin öhdəlikləri üzrə aylıq ödənişlər təmin edilmiş və daxilolmalar üzrə mütəmadi qaydada GNİ sistemində əməliyyatlar aparılmışdır. Aparılmış əməliyyatlar Maliyyə və uçot şöbəsinin məlumatları ilə üzləşdirilməklə Maliyyə və uçot şöbəsinə müvafiq məlumatlar təqdim edilmişdir;
  12. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin büdcə xərclərinin funksional təsnifatının “Kənd təsərrüfatı” bölməsi üzrə məlumat hesabatında Kredit şöbəsi üzrə məlumatlar təqdim edilmişdir;
  13. Kredit şöbəsinin əməkdaşları tərəfindən kənd təsərrüfatı texnikaları, texnoloji avadanlıqlar və suvarma dəstlərinin alışının maliyyələşdirilməsi məqsədilə ayrılmış kredit və lizinq vəsaitləri üzrə faiz məbləğləri müvafiq proqram təminatının məlumatları əsasında aylıq əsasda mütəmadi olaraq hesablanmışdır. Faiz məbləğləri barədə məlumatlara baxılması və aidiyyəti üzrə icrası üçün Maliyyə və uçot şöbəsinə təqdim edilmişdir. Silinmələr hesabatından sonra faiz gəlirlərinin tanınması üçün faiz yığımlarına dair məlumatlar üzləşdirilərək maliyyə şöbəsinə təqdim edilmişdir;
  14. Agentliyin vəsaiti hesabına güzəştli şərtlərlə alınmış damazlıq heyvanlar barədə sığorta şirkətlərinə sorğular ünvanlanmışdır. Eyni zamanda, damazlıq heyvanların xəstəlik növləri üzrə sığorta hadisələrinə dair məlumatlar əldə edilmişdir. Əldə edilmiş məlumatlar əsasında müvafiq hesabatlar tərtib edilmiş və rəhbərliyə təqdim edilmişdir;
  15. Müvəkkil kredit təşkilatlarına ayrılmış kredit limitlərinin rəsmiləşdirilməsi məqsədilə Agentlik və müvəkkil kredit təşkilatları arasında imzalanacaq müqavilə formaları müvəkkil kredit təşkilatlarına göndərilmişdir. MKT-lər tərəfindən limit müqavilələrinin imzalanaraq təqdim edilməsi istiqamətində işlər aparılmışdır. MKT-lərlə Agentlik arasında 81 sayda limit müqaviləsinin imzalanması təmin edilmişdir;
  16. Müvəkkil kredit təşkilatlarından bitmiş il üzrə aparılan kənar auditlə bağlı maliyyə hesabatları sorğu edilmişdir;
  17. Orta müddətli xərc cədvəlləri üzrə Kredit şöbəsi tərəfindən 2023-2027-ci illər üzrə tələb olunan vəsait və vəsaitin istifadəsi ilə bağlı proqnoz məlumatlar Maliyyə və uçot şöbəsinə təqdim edilmişdir;
  18. 2023-cü ilin ərzində 7480 sayda kənd təsərrüfatı istehsal vasitələrinin maliyyələşdirilməsi ilə bağlı və 2370 sayda isə aşağı faizli güzəştli kredit layihələrinin (mikrokreditlər daxil) maliyyələşdirilməsi ilə bağlı müraciətlərə baxılmışdır;
  19. 2023-cü il ərzində müvəkkil kredit təşkilatlarından daxil olan 3946 müraciət üzrə ümumi dəyəri 232.3 milyon manat olan 6477 sayda kənd təsərrüfatı texnika və avadanlıqlarının (o cümlədən, 1252 traktor, 67 kombayn) alışının maliyyələşdirilməsi məqsədilə 47.5 milyon manat kredit və 83.9 milyon manat həcmində güzəşt ayrılmışdır;
  20. 2023-cü il ərzində müvəkkil kredit təşkilatlarından daxil olan 78 müraciət üzrə ümumi dəyəri 12.7 milyon manat olan 3065 baş damazlıq heyvanın maliyyələşdirilməsi məqsədilə 7.4 milyon manat həcmində güzəşt ayrılmışdır;
  21. 2023-cü ildə ölkədə aqrar sektorda çalışan 2210 sahibkara 26.2 milyon manat məbləğində aşağı faizli güzəştli kreditlər (o cümlədən 2198 sahibkara 25.1 milyon manat məbləğində mikrokreditlər) verilmişdir;
  22. 600-ə yaxın vətəndaşla telefon əlaqəsi ilə Agentliyin vəsaiti hesabına ayrılan kredit və güzəştlər barədə məlumat və vəsaitin alınması istiqamətində müvafiq tövsiyələr verilmişdir;
  23. 2023-cü ildə Agentliyin vəsaitindən istifadə istiqamətləri və “Aqroservis” ASC-dən ötürülmüş lizinq portfeli ilə əlaqədar yaranan məsələlərlə bağlı 200-dən artıq vətəndaş qəbul edilmiş və aidiyyəti məlumatlar verilmişdir;
  24. 2023-cü il ərzində ümümi olaraq sənədlərin elektron dövriyyə sistemində 13401 sənəd daxil olmuşdur. Eyni zamanda daxil olan sənədlərdən 12975 sənəd tam icra edilmişdir;
  25. “Aqroservis” ASC-dən ötürülmüş portfel üzrə 478 sayda kənd təsərrüfatı istehsal vasitələrinin mülkiyyətə verilməsi və idarəedilməsi üçün etibarnamələrin verilməsi istiqamətində sənədlər hazırlanmışdır. Agentliyə gələrək müraciət edən vətəndaşlar Kredit şöbəsi əməkdaşları tərəfindən qəbul edilmiş, onların müraciətləri dinlənilmiş, müvafiq prosedura uyğun olaraq vətəndaşların texnikalar üzrə gecikmə borcları və ümumi borcları dəqiqləşdirməklə sistemdə yoxlanılaraq onlara etibarnamələrin verilməsi təmin edilmişdir;
  26. “Aqroservis” ASC-dən ötürülmüş portfeldə problemli kreditlər üzrə işlərin məhkəmə orqanlarına təqdim edilməsi məqsədilə 538 şəxsin sənədləri təhlil edilmişdir. 179 lizinqalanın sənədləri qovluq halında hazırlanaraq məhkəməyə verilməsi Agentliyə xidmət göstərən hüquq şirkətinə təqdim edilmişdir;
  27. “Aqroservis” ASC-dən təhvil alınmış portfel üzrə məhkəməyə verilmiş borcalanlara dair məhkəmələrdən və hüquq şirkətindən tələb olunan məlumatlarla bağlı 289 sayda maliyyə arayışı və müxtəlif məlumatlar hazırlanaraq göndərilmişdir;
  28. “Aqroservis” ASC-dən ötürülmüş portfel üzrə öhdəliklərini vaxtında icra etməyən 234 lizinqalan üzrə pretenziya məktubları göndərilmişdir;
  29. “Aqroservis” ASC-dən ötürülmüş portfel üzrə öhdəliklərini vaxtında icra etməyən 158 lizinqalan üzrə ilkin mediasiya prosesləri həyata keçirilmişdir. 17 sayda mediasiya prosesində Kredit şöbəsinin əməkdaşlarının iştirakı təmin edilmişdir;
  30. Hesablama Palatası tərəfindən aparılan audit yoxalaması zamanı qeyri-qənaətbəxş qiymətləndirilmiş 8 müraciət üzrə və 2 sayda problemli müvəkkil kredit təşkilatları müvafiq sənədlər toplusu və arayışlar hazırlanaraq məhkəməyə təqdim edilməsi üçün hüquq şirkətinə təqdim edilmişdir;
  31. Aqroservis” ASC-dən təhvil alınmış lizinq portfeli üzrə əvvəlki məhkəmə proseslərinin statuslarının qeydiyyatı barədə məlumatlar sorğu edilmişdir. Sorğuya əsasən əksər lizinqalanlar üzrə məlumatlar təqdim edilmişdir;
  32. “Aqroservis” ASC-dən təhvil alınmış portfel üzrə gecikmədə olan 1900-dən kontrakt üzrə iş mediasiya proseslərinin aparılması üçün Mediasiya Şurasına təqdim olunmuşdur. 400-dən artıq iş üzrə ödəniş təmin olunmuş və ya barışıq sazişi imzalanmışdır;
  33. “Aqroservis” ASC-dən təhvil alınmış lizinq portfeli üzrə portfel təhvil alınanadək məhkəmə qərarları ilə müqaviləsinə xitam verilmiş lizinqalanlar barədə məlumatlar yenilənmiş, rəhbərliyin və Cəmiyyətin nümayəndələrinin iştirakı ilə birgə görüş keçirilmişdir;
  34. “Aqrobiznesin İnkişafı Forumu”nun keçirilməsi, iştirakçılarla kordinasiya və məlumatların hazırlanması təmin edilmişdir.
  35. “Aqrar sahədə güzəşt tətbiq ediləcək texnikaların Siyahısı”na əlavə və dəyişikliklərlə bağlı təkliflər alınmış, təhlil edilmiş və dəyişikliklərin tətbiqi həyata keçirilmişdir;
  36. “Aqrar sahədə güzəşt tətbiq ediləcək texnikaların Siyahısı”nda dəyişiklik edilməsi istiqamətində müvafiq işçi qrupuna hesabatlar təqdim edilmiş və işçi qrupunun fəaliyyətində iştirak təmin edilmişdir;
  37. 2019-2022-ci illər ərzində Agentliyin fəaliyyətini, mövcud çatışmazlıqları, gələcək dövr üçün gözləntiləri və riskləri əks etdirən prezentasiya hazırlanaraq təqdim edilmişdir;
  38. Kredit və güzəştlərin ayrılması prosesində elektron məlumat bazalarından istifadə və proseslərin avtomatlaşdırılması ilə bağlı təkliflər hazırlanmış və təqdim edilmişdir;
  39. Avtomatlaşdırılmış Gömrük Sistemindən texnika idxalı üzrə məlumatların əldə olunmasında yaranmış çətinliklərlə bağlı Kənd Təsərrüfatı Nazirliyinin müvafiq strukturlarına rəsmi müraciət edilmiş, inteqrasiya problemlərinin həlli yolları müzakirə olunmuşdur;
  40. Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən sahibkarla paytaxtda və regionlarda, Naxçıvan Muxtar Respublikasında KOBİA tərəfindən sahibkarlarla keçirilən görüş və panellərdə iştirak edilmişdir;
  41. Cari ili aprel ayında idxal edilən kombaynların və digər texnikaların gömrük rüsumundan azad edilməsi ilə bağlı Dövlət Gömrük Xidmətinin və digər aidiyyəti qurumların nümayəndələri ilə görüşlər keçirilmişdir.
  42. Cari ildə ərzaqlıq buğda ilə özünü təminetmə səviyyəsinin yüksəldilməsinə dair bir sıra tədbirlər haqqında müvafiq fərmanın icrası ilə əlaqədar pivot suvarma sistemlərinin alışı məqsədilə müraciət edən sahibkarlıq subyektləri ilə layihələrin dəqiqləşdirilməsi və qarşıda duran məsələlərin həlli istiqamətində 2 dəfə rəhbərliklə görüşlər təşkil edilmişdir;
 
  1. Ərzaqlıq buğda ilə özünü təminetmə səviyyəsinin yüksəldilməsinə dair bir sıra tədbirlər haqqında müvafiq fərmanın icrası ilə əlaqədar pivot suvarma sistemlərinin alışı ilə bağlı maliyyələşmə mexanizminin şərtləri razılaşdırılması üçün aidiyyəti qurumlarla kordinasiya edilmişdir. Eyni zamanda sahibkarlıq subyektləri ilə müvafiq müqavilələrin imzalanması və Nazirliyə təqdim edilməsi təmin edilmişdir;
  2. Cari ildə kənd təsərrüfatı sektorunda maliyyələşdirmənin effektivliyinin artırılması istiqamətində FAO nümayəndələri ilə görüşlər təşkil edilmiş, müxtəlif məlumatlar hazırlanıb təhvil verilmiş və təhlillər aparılmışdır;
  3. FAO-nun maliyyələşdirmənin effektivliyinin artırılması istiqamətində layihəsinə rəy və təkliflər təqdim edilmişdir;
  4. Suvarma sahəsində fəaliyyət göstərən təchizatçılarla zoom platforması üzərindən mütəmadi qaydada görüşlər keçirilmiş, aktual istiqamətlər və problemlər müzakirə edilmişdir;
  5. Texnika təchizatçılarıya zoom platforması üzərindən mütəmadi qaydada görüşlər keçirilmiş, aktual istiqamətlər və problemlər müzakirə edilmişdir;
  6. Müvəkkil kredit təşkilatlarının nümayəndələri ilə zoom platforması üzərindən mütəmadi qaydada görüşlər keçirilmiş, aktual istiqamətlər və problemlər müzakirə edilmişdir;
  7. Maliyyə İnklüzivliyi Genişləndirilməsi ilə bağlı Mərkəzi Bankın Tədbirlər Planı üzrə müzakirələrdə iştirak edilmiş, rəhbərliklə məsləhətləşmələr aparılmaqla Tədbirlər Planının aidiyyəti hissələri razılaşdırılmışdır;
  8. Aqrar kreditləşmə üzrə prudensial bank nəzarəti şərtlərinin yumşaldılması mqsədilə Mərkəzi Banka təkliflər hazırlanmış, rəhbərlik və Mərkəzi Bankın nümayəndələri ilə müzakirələr aparılmış, yekun təkliflər aidiyyəti üzrə təqdim edilmişdir;
  9. Əvvəlki illərin təhlili və növbəti illərin proqnozlaşdırılması ilə bağlı Kənd Təsərrüfatı Nazirliyinə analitik hesabat hazırlanmış və təqdimat edilmişdir;
  10. Əlavə büdcə ehtiyacının müəyyən edilməsi istiqamətində təhlillər aparılmış və Nazirliyin rəhbərliyinə, o cümlədən Maliyyə Nazirliyinə əsaslandırılmış müraciət ünvanlanmışdı;
  11. 2019-2023-cü illərdə istehsal vasitələrinin (kulturalar, texnika növləri, suvarma sistemləri və s.) maliyyələşdirilməsi və qarşıdakı dövrdə maliyyələşmə mexanizmlərin istiqamətləri üzrə təqdimat hazırlanmış və rəhbərliyə təqdim edilmişdir.
 
Layihə və proqramlar şöbəsi
 
  1. BMT-nin Kənd Təsərrüfatı və Ərzaq Təşkilatının (FAO) - Texniki Əməkdaşlıq Proqramı (TCP) çərçivəsində həyata keçirilən “Kənd yerlərinin maliyyələşdirilmə çərçivəsi: Aqrar Kredit və İnkişaf Agentliyinin (AKİA) kredit əməliyyatlarının dəstəklənməsi” layihəsi müvafiq qaydada dövlətdaxili prosedurlardan keçərək təsdiqlənmişdir.
Layihə çərçivəsində alma və nar məhsulları üzrə, həm,inin südçülük istiqamətində dəyər zəncirinin maliyyə ehtiyaclarının təhlilinin aparılması üçün cari ilin iyun-sentyabr aylarında xarici mütəxəssislərin də qatıldığı sahə missiyaları həyata keçirilmişdir.
Missiya səfərləri zamanı respublikanın 18 - Xaçmaz, Biləsuvar, İmişli, Bərdə, Tərtər, Samux,     Goranboy, Quba, Xaçmaz, Qusar, Qəbələ və İsmayıllı, Ağsu, Göyçay, Ucar, Kürdəmir, Saatlı və Sabirabad - rayonunda təsərrüfat rəhbərləri, gübrə, dərman, texnika və avadanlıq təhcizatçıları, həmçinin tingçiliklə məşğul olan təsərrüfat rəhbərləri ilə görüşlər keçirilmişdir. Bundan başqa həmin regionlardakı DAİM-lər, Südçülük Assosiasiyası, Heyvandarlıq Elmi Tədqiqat İnstitutu, Respublika Süni Mayalanma Mərkəzi, Aqroparklar və soyuducu anbarların rəhbərləri ilə görüşlər keçirmiş, bu sahədə mövcud vəziyyət birgə müzakirə olunmuşdur.
Missiya səfərlərinin nəticələrinə dair hər üç istiqamət üzrə (südcülük, nar və alma) şöbə tərəfindən FAO eksperləri ilə birlikdə hesabatlar hazırlanmış və müvafiq qaydada təqdim olunmuş, rəy və təkliflərin verilməsi üçün aidiyyəti qurumlara təqdim olunmuşdur.
           20    dekabr    2023-cü il tarixdə   “Park İnn”   otelində   Layihənin bağlanış seminarı
           keçirilmişdir.  Aidiyyəti qurumların iştirak  etdiyi seminarda Layihənin icra 
           nəticələri müzakirə olunmuş, təsərrüfatların  maliyyələşməsində  gözlənilən müsbət
           yeniliklər səsləndirilmişdir.
 
  1. FAO-Azərbaycan Tərəfdaşlığı Proqramının 2-ci fazası dövrü üçün Nazirliyin fəaliyyət istiqamətlərinə uyğun prioritet hesab edilə biləcək layihə təklifləri üzrə təqdimat hazırlanmışdır.
Layihə təklifləri aşağıdakılardır:
 
  • Azərbaycanda yerli toxumçuluq və tingçilik sisteminin inkişafı;
  • Texniki və dənli bitkilərin istehsalında innovativ texnologiyanın tətbiqi;
  • Qərzəkli meyvəçiliyin inkişafında innovativ metodlardan istifadə;
  • Torpaq və su resurslarından səmərəli istifadə edilməsi;
  • Kənd təsərrüfatında innovasiyaların tətbiqi ilə davamlı məhsuldarlığın təmin edilməsi;
  • Rəqəmsal kənd təsərrüfatı sisteminin dəstəklənməsi;
  • Elektron kənd təsərrüfatı sisteminin (e-agro) təkmilləşdirilməsi və patentləşdirilərək Azərbaycan təcrübəsinin Mərkəzi Asiya və digər ölkələrdə satışının təşviqi;
  • Aqrobiznes sahəsində sahibkarlığın dəyər zənciri üzrə inkişafı və effektiv institutlaşması;
  • Ərzaq itkisi və tullantısının azaldılması
 
  1. 2023-ci ilin 24 yanvar tarixində Bakıda, FAO-nun Azərbaycan və Türkiyədəki nümayəndəliklərinin iştirakı ilə regional seminar təşkil edilmişdir. Tədbirdə AKİA-nın sədri cənab Seymur Mövlayev açılış nitqi ilə, sədr müavini xanım Leyla Cabbarlı isə paneldə çıxış etmişdir.
      Leyla xanım cıxışında, AKİA-nın fəaliyyət istiqamətlərinə uyğun olaraq həyata keçirilən birgə layihələr, o cümlədən “Mərkəzi Asiya üzrə Subregional Ofis ölkələrində ərzaq israfı və tullantısının azaldılması üzrə regional layihə” haqqında məlumat vermiş, onun ölkə iqtisadiyyatına verəcəyi müsbət töhvələr səsləndirmişdir.
              Həmçinin, ərzaq israfı və tullantıların azaldılması sahəsində uzunmüddətli regional əməkdaşlığın inkişaf etdirilməsi, milli potensialın gücləndirilməsi, təlimçilərin hazırlanması, risklərin proqnozlaşdırılması, monitorinqi və təhlili sistemlərinin tətbiqi, həmçinin bu sahədə insan sağlamlığı və ətraf mühit üçün risklərin azaldılması istiqamətində nəzərdə tutulan fəaliyyətlər qeyd edilmişdir. Bundan başqa Layihə çərçivəsində ərzaq təchizatı zənciri boyu ərzaq itkilərini azaltmaq məqsədilə hazırlanan “Ərzaq İtkisi və Tullantılarının Qarşısının Alınması, Azaldılması və Monitorinqi üzrə Azərbaycanın Milli Strategiyasına dair Çərçivə Sənədi (Strategiya)”  və ərzaq itkisi və tullantılarının qarşısının alınması, o cümlədən qida məhsullarının utilizasiyası və məhv edilməsi üçün təhlil edilən hüquqi baza barədə vurgulanmışdır.
  1. “Kənd təsərrüfatı üzrə subsidiya siyasətinin təhlili, formalaşdırılması, monitorinqi və qiymətləndirilməsi üzrə Kənd Təsərrüfatı Nazirliyinin potensialının gücləndirilməsi üzrə Tvinninq Layihəsi” çərçivəsində Litva Kənd Təsərrüfatı Nazirliyi yanında Milli Ödənişlər Agentliyi ilə AKİA-da görüş keçirilmiş və qarşılıqlı əməkdaşlıq imkanları müzakirə edilmişdir. Aparılan müzakirələrin nəticəsi əsasında AKİA ilə Milli Ödənişlər Agentliyi arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi, aqrar sahədə birgə layihələrin həyata keçirilməsi məqsədilə “Əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nun imzalanması nəzərdə tutulmuş və Memorandumun layihəsi hazırlanaraq qarşı tərəflə işçi qaydada ilkin razılaşma əldə edilmişdir.
 
Sözügedən memorandum layihəsinin ingilis və Azərbaycan dilində nüsxələri münasibət bildirilməsi üçün Nazirliyin Beynəlxalq əməkdaşlıq şöbəsinə təqdim olunmuşdur.
 
  1. 2023-cü ilin 26 yanvar tarixində TCP/RER/3902 – “Ərzaq, enerji böhranına cavab vermək” Regional TCP layihəsi çərçivəsində “Regionda ərzaq təhlükəsizliyi risklərinin ilkin müəyyənləşdirilməsi üçün hökumət nümayəndələri ilə ilkin məsləhətləşmələr” adlı virtual konfransda AKİA-nın sədr müavini Leyla Cabbarlı təqdimatla çıxış etmişdir.
Qeyd: Məsləhətləşmələrdə məlum olmuşdur ki, region ölkələri Ukraynadakı müharibə, COVID-19 pandemiyası və iqlim dəyişikliyi nəticəsində yaranan müxtəlif amillər səbəbindən ərzaq təhlükəsizliyi ilə bağlı problemlərlə üzləşmişdir. Bununla bağlı görüşdə artan ərzaq qiymətləri, inflyasiya, enerji asılılığı, sertifikatlaşdırılmış toxumların qeyri-adekvat təchizatı, yeni texnologiyalarla məhdud tanışlıq və ticarətlə bağlı problemlər, idxaldan asılılığı azaltmaq və əsas ərzaq məhsulları ilə özünü təmin etmək, həmçinin orta və uzunmüddətli perspektivdə fermerləri dəstəkləmək, üzvi əkinçiliyi təşviq etmək, heyvandarlığın təkmil inkişafını və kənd təsərrüfatı məhsullarının emalında qida keyfiyyətinin təminatını təmin etmək kimi məsələlər üzrə məsləhətləşmələr aparılmışdır.
  1. Azərbaycan Respublikası Hökuməti adından alınan texniki yardım və ya qrant hesabına həyata keçirilən 7 (yeddi) layihə üzrə dövri və yekun hesabatlar İqtisadiyyat Nazirliyi və Nazirlər Kabinetinə təqdim edilmişdir. Hesabatlarda görülmüş işlər, xərclənmiş vəsaitlər, layihənin icrası ilə əlaqədar qarşıya çıxan problemlər, onların həll yolları və qarşıda duran vəzifələr ətraflı qeyd olunmuşdur.
 
  1. 2023-cü il 01 fevral tarixində AKİA-nın təşkilatçılığı ilə “II Aqrobiznesin İnkişafı Forum”u keçirilmişdir. AKİA tərəfindən sayca ikinci dəfə keçirilən bu Forum ölkənin aqrar sektorunda fəaliyyət göstərən dövlət və özəl qurumların maraqlı tərəflərini bir araya gətirərək beynəlxalq və yerli təcrübənin, mövcud vəziyyətin, aqrobiznesə maliyyə dəstəyinin və dövlət güzəştlərindən daha çox faydalanmanın müzakirə edilməsində əhəmiyyətli rol oynamışdır.
Qeyd:Tədbirdə aşağıdakı 3 panel üzrə müzakirələr aparılmışdır.
  1. Kənd təsərrüfatının dinamikası və onun inkişaf perspektivləri;
  2. Aqrar sahədə dayanıqlı inkişafa nail olmaq üçün aqrobiznesin kreditləşdirilməsində və sığortalanmasında dövlət - özəl əməkdaşlığının rolu;
  3. Azərbaycanın kənd təsərrüfatı məhsullarının dəyər zəncirinin dəstəklənməsi və ixrac coğrafiyasının genişləndirilməsinin təşviqi.
 
  1. FAO-Azərbaycan Tərəfdaşlıq Proqramı (FATP) çərçivəsində icra olunan “Azərbaycanda fındıqçılıq sahəsində səmərəliliyin və dayanıqlılığın sürətləndirilməsi” (Hazer) və “Azərbaycanda dayanıqlı qoyunçuluğun və müvafiq dəyər zəncirinin inkişafı” layihələri çərçivəsində görülmüş işlərlə əlaqədar ətraflı hesabatlar hazırlanmış, Bərdə və Ağdam rayonlarına səfərlər təşkil edilmişdir. Bundan başqa Beyləqan və Ağcabədi rayonlarında beynəlxalq ekspertlərin iştirakı ilə qoyunçuluq təsərrüfatlarının iqtisadi aspektləri, ekstensiv və intensiv təsərrüfatlarda yemləmə, xəstəliklərin idarəedilməsi mövzularında təlimlər təşkil olunmuşdur.
     Layihə çərçivəsində Beyləqan, Ağcabədi və Zaqatala rayonlarının hər birində 2 ədəd olmaqla, ümumi 6 yarım intensiv təsərrüfatın yaradılması dəstəklənmişdir. Müsabiqə əsasında seçilmiş 2 fermerə süd emalı avadanlığının təhvil verilməsi üzrə işlər yekunlaşmaq üzrədir.
  1. 2023-cü ilin yanvar ayında Aqrar İnnovasiya Mərkəzi tərəfindən Ağdaş, avqust-dekabr aylarında isə Şəki, Şamaxı, Ağstafa, Qusar, Agcabədi, Hacıqabul, Sabirabad,  Biləsuvar və Kürdəmir rayonlarında Aqrar İnnovasiya Festivalları təşkil olunmuş və həmin Festivallarda AKİA-nın nümayəndələrinin iştirak təmin olunmuşdur.
Festivallarda bölgələr üçün prioritet sahələr üzrə yeni texnologiyalar nümayiş etdirilmiş, ilk dəfə olaraq “Toxum satış sərgiləri” təşkil olunmuşdur. Eyni zamanda AKİA-nın məlumat stendi qurulmuş, tədbir iştirakçilarına onun dəstək tədbirləri haqqında məlumat verilmiş, qısa informasiya bülletenləri paylanılmış, aidiyyəti suallar cavablandırılmışdır.
 
  1. Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə "Qarabağda müasir dayanıqlı cəmiyyət konsepsiyasının təşviqi" layihəsi çərçivəsində tədbir keçirilmişdir. Tədbirdə aidiyyəti dövlət qurumları və səlahiyyətli dövlət nümayəndələri tərəfindən Qarabağa Böyük Qayıdışla bağlı vacib olan fəaliyyət istiqamətləri barədə layihənin müddəalarına münasibət bildirilmiş, təkliflər səsləndirilmişdir.
 
  1. AKİA tərəfindən “Azərbaycanın kənd yerlərində kiçik və orta fermerlərin bazar rəqabət qabiliyyətinin artırılması məqsədilə kənd təsərrüfatı (istehsal və istehsal-istehlak) kooperativlərinin təşviqi” və “Münaqişədən zərər çəkmiş regionlarda gənclərin və qadınların maliyyə imkanlarının artırılması üçün beynəlxalq təcrübədə istifadə olunan alətlərə əsaslanan mexanizmin hazırlanması” istiqamətləri üzrə Texniki Yardım Proqramı çərçivəsində layihələrin icra olunması barədə təşəbbüslə çıxış edilmiş, FAO-Azərbaycan ofisi ilə müzakirə edilmiş və qarşı tərəfdən sözügedən layihələrin icrası məqsədəuyğun hesab edilmişdir.
Hər 2 layihə üzrə açılış seminarı cari ilin 08 iyun tarixində təşkil olunmuş, layihə sənədləri təsdiqlənmişdir. Hazırda hər iki layihənin fəaliyyət istiqamətləri müəyyənləşdirilir.
 
  1. KOBİA tərəfindən regionlarda sahibkarlarla təşkil olunan görüşlərdə (Zaqatala, Xızı, Şəki, Ağsu, Yevlax, Kürdəmir, Cəlilabad, Siyəzən, Qusar, Tovuz, Masallı, Ağdam, İsmayıllı, Şamaxı, Qobustan, Neftçala, Ağcabədi, Qax, Oğuz, Fizuli,rayonları) AKİA-nın fəaliyyət istiqamətləri barədə görüş iştirakçılarına ətraflı məlumat verilmiş, onları maraqlandıran suallar cavablandırılmış və qarşıya çıxan problemlərin həlli üçün aidiyyəti şöbələrlə ardıcıl işlər aparılmışdır.
 
  1. 2023-cü il 17 fevral tarixində iqtisadi əməkdaşlıq üzrə Polşa-Azərbaycan hökumətlərarası komissiyasının icrası çərçivəsində Polşanın TİGMET və PRONAR şirkətləri ilə AKİA rəhbərliyi arasında görüş təşkil edilmişdir. Görüşdə AKİA-nın fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilmiş, qarşılıqlı əməkdaşlığın istiqamətləri və əlaqələndirilməsi müzakirə edilmişdir.
 
  1. 2023-cü ilin 15 fevral tarixində Asiya İnkişaf Bankının (AİB) nümayəndələri ilə AKİA rəhbərliyi arasında görüş təşkil olunmuşdur. Görüşdə AİB-ə mümkün maliyyələşdirmə istiqamətləri üzrə layihə təklifləri təqdim edilmiş, birgə müzakirələr aparılmışdır.
 
  1. 2023-cü ilin 16 fevral tarixində Argentina Respublikasının nümayəndələri ilə AKİA arasında görüş keçirilmiş, görüş zamanı AKİA-nın fəaliyyət istiqamətlərinə uyğun olan birgə əməkdaşlıq yolları müzakirə edilmişdir. Argentina nümayəndələri ilə onların ölkələrinin diri heyvan ixracatçıları və AKİA-nın dövlət güzəştlərindən yararlanan təhcizatçılarla əlaqələrin qurulmasında birgə fəaliyyətlərin göstərilməsi müzakirə olunmuşdur.
 
  1. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyindən daxil olan Asiya İnkişaf Bankının Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq (CAREC) Proqramı çərçivəsində "Azad Ticarət Sazişləri üzrə Təlimatlar" adlı sənəd layihəsi müzakirə olunmuş, aidiyyəti üzrə rəy və təkliflər verilmişdir.
 
  1. “Biznesdə Qadınların Gücü” layihəsi çərçivəsində layihə iştirakçılarının sahibkarlıqla bağlı dövlət dəstək mexanizmləri barədə məlumatlandırılması məqsədilə 24 fevral 2023-cü il tarixində KOB Evində keçirilən görüşdə iştirak təmin edilmişdir. Görüşdə AKİA-nın fəaliyyət istiqamətləri, sahibkarlara göstərilən dəstək mexanizmləri barədə ətraflı məlumatlar verilmiş, xüsusən qadın fermerlərə göstərilən dəstəklər səsləndirilmişdir.
 
  1. 2023-cü ilin 14 mart tarixində AKİA tərəfindən hazırda idarə olunan, eyni zamanda gələcəkdə beynəlxalq donorlarla icrası birgə planlaşdırılan layihələrin müzakirəsi məqsədilə “Donor Koordinasiya Görüşü” təşkil olunmuşdur. Aidiyyati dövlət qurumları ilə yanaşı, Azərbaycanda aqrar sektora maraq göstərən beynəlxalq qurumların (FAO, DB, UNDP, JİCA, Aİ və s.) nümayəndəliklərinin təmsilçiləri tədbirdə iştirak etmiş, gələcəkdə mümkün birgə fəaliyyət istiqamətlərini səsləndirmişlər. Eyni zamanda icra olunan layihələr çərçivəsində oxşar və eynilik təşkil edə bilən fəaliyyətlərin olmaması üçün beynəlxalq qurumlar arasında hibrid formada əməkdaşlığın həyata keçirilməsinin mümkünlüyü müzakirə edilmişdir.
 
 
  1. İcrası başa çatdırılmış “Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətinin Gücləndirilməsi” Layihəsi çərçivəsində “İcranın Tamamlanması və Nəticələr haqqında Hesabatın” (ICR) Müstəqil Qiymətləndirmə Qrupu (IEG) tərəfindən aparılmış təhlili araşdırılmış və müvafiq arayış hazırlanmışdır. Təhlildə layihənin icra dövründə əldə olunan nəticələr, layihənin davamlılığı, növbəti addımlar öz əksini tapmışdır.
Eyni zamanda “Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətinin Gücləndirilməsi” Layihəsinin icra dövründə borcalanlara verilmiş kreditlərin AKİA-da açılmış revolver fonda olan yığımların “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və Agentliyinin vəsaitindən istifadə Qaydasına uyğun olaraq kənd təsərrüfatı sahəsində güzəştli maliyyələşmələrə yönəldilməsi məqsədilə NK-nin 14 sentyabr tarixli 773s nömrəli Sərəncamı imzalanmışdır. Həmin Sərəncamdan irəli gələn məsələlərin həlli istiqamətində ardıcıl işlər görülür.
      Şöbə tərəfindən layihə çərçivəsində müvəkkil kredit təşkilatlarının aylıq öhdəliklərinin yerinə yetirməsinə və kredit vəsaitlərinin vaxtında AKİA-nın revolver fond hesabına qaytarılmasına nəzarət edilir və aylıq əsasda hesabatlar hazırlanır.
 
  1. Şöbənin əməkdaşı Namiq Qədirov Hindistanın Heydərabad şəhərində Biliklərin İdarəedilməsi üzrə Dövlət İnstitutu tərəfindən həyata keçirilmiş “Kənd Təsərrüfatı; İstehsalçı Fermer Təşkilatların təşviqi ilə bağlı məsələlər və problemlər” adlı təlimdə iştirak etmiş və təlimin nəticələrinə dair təqdimat hazırlanmışdır. Təlimin nəticələrinə dair geniş hesabat Nazirliyin “Fermerlər, assosiasiyalar və kooperativlərlə iş şöbəsi”nə təqdim olunmuşdur.
 
  1. Mərkəzi Asiya və Qafqazda buğda pası xəstəliklərinin və xəstəliyə davamlılıq üzrə seleksiyanın idarə edilməsi üzrə regional əməkdaşlıq və milli imkanların gücləndirilməsi (CAC Rust) layihəsi və Azərbaycanın Lənkəran-Astara iqtisadi rayonuna Avropa İttifaqının dəstəyi (EU4 Lankaran-Astara) layihəsi üzrə aylıq hesabatlar hazırlanmışdır.
 
  1. Cari ilin 4 aprel tarixində Özbəkistan Respublikasının nümayəndə heyətinin üzvləri ilə AKİA arasında görüş keçirilmişdir. Görüşün əsas məqsədi Özbəkistanla Azərbaycan arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığın, gələcək perspektivlərin, mümkün təcrübə mübadiləsinin həyata keçirilməsi olmuşdur. Görüşdə Özbəkistanın aqrar sektora xidmət göstərən bankı və onun dəstək tədbirləri barədə məlumatlar səsləndirilmiş, eyni zamanda qarşı tərəfə AKİA-nın dəstək tədbirləri haqqında informasiyalar verilmişdir. Görüşdə Özbəkistan nümayəndə heyətinin rəhbəri, Özbəkistan Kənd Təsərrüfatı nazirinin müavini cənab Əhədbəy Heydərov, Özbəkistan Respublikası Prezident Administrasiyasının aparıcı müfəttişi cənab Akmal Salihov, Kənd Təsərrüfatı Nazirinin İcra Aparatının rəhbəri cənab İsrail Xolmirzəyev, Kənd Təsərrüfatı Nazirliyinin Kənd Təsərrüfatına Dövlət Dəstəyi, Maliyyə və Müqavilə Münasibətlərinin İnkişafı Baş İdarəsinin rəisi cənab İlhom Jurayev, "Uzaqrosığorta" ASC-nin departament direktoru cənab Vaxabov Abdurəşid, Kənd Təsərrüfatı Nazirliyinin Hüquqi təminat şöbəsinin baş mütəxəssisi cənab Rəhmon Sultanov, İqtisadiyyat və Maliyyə Nazirliyinin Sığorta Bazarının İnkişafı Departamentinin Prudensial normativlərə əməl olunmasının təhlili və monitorinqi şöbəsinin müdiri cənab Otkirjon Tajimatov, Kənd təsərrüfatı nazirinin informasiya siyasəti üzrə müşaviri cənab Dilşod Nazirov və informasiya-analitik şöbəsinin operatoru cənab Əhməd Beyzullayev, AKİA tərəfindən isə sədr cənab Seymur Mövlayev, sədr müavinləri xanım Leyla Cabbarlı, cənab Mehman İsmayılov, cənab Fərid Rəhimov, Layihə və proqramlar şöbəsinin müdiri cənab Fərid Əmirov və həmin şöbənin beynəlxalq təşkilatlar və maliyyə qurumları ilə əməkdaşlıq sektorunun müdiri xanım Günay Mahmudova iştirak etmişdir.
 
  1. "Strateji investisiya layihələrinin istiqamətlərinin təsdiq edilməsi barədə" yenidən işlənmiş Azərbaycan Respublikası Prezidentinin Fərman layihəsinə münasibət bildirilmişdir.
 
  1. “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda, “Azərbaycan Respublikasında pambıqçılığın inkişafına dair 2017-2022-ci illər üçün Dövlət Proqramı”nda, “Azərbaycan Respublikasında kənd təsərrüfatı kooperasiyasının inkişafına dair 2017-2022-ci illər üçün Dövlət Proqramı”nda, “Azərbaycan Respublikasında çəltikçiliyin inkişafına dair 2018-2025-ci illər üçün Dövlət Proqramı”nda, “Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018-2025-ci illər üçün Dövlət Proqramı”nda, “Azərbaycan Respublikasında sitrus meyvəçiliyinin inkişafına dair 2018-2025-ci illər üçün Dövlət Proqramı”nda və “Azərbaycan Respublikasında çayçılığın inkişafına dair 2018-2027-ci illər üçün Dövlət Proqramı”nda və “Azərbaycan Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”nda,.“2018–2025-ci illərdə Azərbaycan Respublikasında şərabçılığın inkişafına dair Dövlət Proqramı”nda AKİA qarşısında duran vəzifələr və onların 2022-ci il ərzində icra vəziyyəti barədə məlumatlar hazırlanmış və aidiyyəti üzrə KTN-ə təqdim olunmuşdur.
 
  1. Avropa İttifaqının maliyyə dəstəyi ilə TAİEX Proqramı çərçivəsində icra edilməsi məqsədilə şöbə tərəfindən hazırlanmış 5 layihə təklifi (“Aqrobiznes inkubasiya mərkəzlərinin yaradılması və təsərrüfatlarda innovativ üsullardan istifadə”, “Kənd təsərrüfatı kooperativlərinin inkişaf etdirilməsi”, “Kənd yerlərinin inkişafında qadınların və gənclərin iqtisadi gücünün artırılması”, “Torpaqların meliorativ cəhətdən yaxşılaşdırılması, o cümlədən əsaslı hamarlanma işlərinin aparılması” və “Torpaq məcralı kanalların mərhələli şəkildə qapalı şəbəkə (boru) ilə əvəz olunması və bunun su itkilərinin qarşısının alınmasında rolunun təhlil olunması”) İqtisadiyyat Nazirliyi ilə müzakirə edilmiş, bütün layihə təklifləri razılaşdırılaraq İqtisadiyyat Nazirliyi tərəfindən Avropa İttifaqına göndərilmişdir. Avropa İttifaqı təqdim olunan bütün layihə təkliflərini təsdiqləmiş və layihələrin icrasını məqbul ehsab etmişdir. Hazırda həmin layihələr üzrə Avropa İttifaqı tərəfindən müəyyən edilən ekspertlə danışıqlar davam etdirilir.
Eyni zamanda “Aİ və Azərbaycan kənd təsərrüfatı kooperativlərinin hüquq sisteminin müqayisəli təhlili və siyasət dəstəyi. Azərbaycanın kooperativ sektorunun inkişafı üçün texniki tövsiyələrin müəyyən edilməsi” layihəsi ilə Kənd Təsərrüfatı Nazirliyinin “Aqrar sektorda assosiasiyaların yaradılması və inkişafı üzrə Aİ təcrübəsinin tətbiqi” üzrə TAEİX layihəsinin oxşarlıq təşkil etməsini nəzərə alaraq iki layihənin birləşdirilərək bir “Seminar” (Workshop) formatında keçirilməsi təklif olunmuşdur.
 
  1. FAO Azərbaycan ofisi tərəfindən FATP çərçivəsində icrası tamamlanan 3 (üç) layihə (“Azərbaycanda iribuynuzlu damazlıq heyvanların effektiv yetişdirilməsi və yemlənməsi sistemlərinin yaradılması yolu ilə iribuynuzlu heyvandarlığın inkişaf etdirilməsi” layihəsi, “Qadınların iqtisadi güclərinin artırılması yolu ilə ərzaq təhlükəsizliyi və kənd yerlərində yaşayış imkanlarının yaxşılaşdırılması layihəsi – WEP” və “Aqrar Məşğulluğun Artırılması Layihəsi –AMAL”) üzrə qalıq büdcə olduğu bildirilmişdir. Həmin qalıq büdcəyə uyğun olaraq AKİA tərəfindən yeni layihə təklifləri hazırlanmışdır. Eyni zamanda yeni layihə təkliflərində Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun və Respublika Süni Mayalanma Mərkəzinin aşağıdakı təklifləri dəyərləndirilmişdir.
Azərbaycanda iribuynuzlu damazlıq heyvanların effektiv yetişdirilməsi və yemlənməsi  sistemlərinin yaradılması yolu ilə iribuynuzlu heyvandarlığın inkişaf etdirilməsi layihəsi: (Qalıq büdcə*: 210 900 ABŞ dolları)
  • Süni Mayalanma  Mərkəzində təkrar ehtiyacların araşdırılması və tələb əsaslı dəstəklərin göstərilməsi;
  • Layihə dövründə təlim keçmiş süni mayalanma və embrion mütəxəssislərinin zəruri avadanlıqlarla təchiz olunması;
  • Embrion köçürmələrin artırılması üçün mütəxəssislərin peşə bacarıqlarının artırılması;
  • ADAU-nun fəaliyyətinin dəstəklənməsi.
 
Qadınların iqtisadi güclərinin artırılması yolu ilə ərzaq təhlükəsizliyi və kənd yerlərində yaşayış imkanlarının yaxşılaşdırılması layihəsi: (Qalıq büdcə*: 42 949 ABŞ dolları)
  • Daha çox fəal qadın qrupları arasında kiçik qrant layihələrinin icrası;
  • Regionlarda iri buynuzlu heyvandarlıq sahəsi üzrə minimum 10 qadın üçün zootexnik təlimlərin təşkil edilməsi, proqramı uğurlu tamamlayan iştirakçilara ilkin peşə fəaliyyətini icra etmələri üçün avadanlıq və toxum verilməsi;
  • Azərbaycan Qadın Sahibkarlığın İnkişafı Assosiasiyası ( AQSİA) və Azərbaycan Kənd Qadınları Assosiasiyasının (AKQA) gələcək fəaliyyətlərinə dəstək verilməsi;
  • Aqrar İnnovasiyalar Mərkəzi, AKQA və AQSİA ilə birgə forum təşkil etmək.
 
Aqrar Məşğulluğun Artırılması Layihəsi: (Qalıq büdcə*: 82 168 ABŞ dolları)
  • Fərdi və ya qrup şəklində müraciət edən gənc fermerlərə əlavə dəstəyin göstərilməsi (müsabiqə əsasında);
  • Kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən gənc fermerlər, o cümlədən aqrar məşğulluq üzrə fəaliyyət göstərən dövlət qurumları və qeyri hökümət təşkilatlarının nümayəndələri üçün təlimlər və ya təcrübə səfərlərinin təşkili;
  • Aqrar Könüllülər Təşkilatının strukturunda nəzərdə tutulmuş Gənc Fermerlər Assosiasiyasının təşkilatlanması və fəaliyyətinin icrasına dəstək.
 
  1. AKİA-nın tərəfdaşlığı, Avropa İttifaqının maliyyə, FAO-Azərbaycan ofisinin texniki dəstəyi ilə icrası planlaşdırılan “Azərbaycan Respublikasının qərb bölgəsində (Ağdam, Tərtər və Bərdə) yaşayış şəraitinin yaxşılaşdırılması üçün kənd ərazilərinin davamlı inkişafı” layihəsinin layihə sənədləri imzalanmaq üçn KTN-ə təqdim olunmuşdur. Hazırda sənədə baxılmaqdadır.
    Eyni zamanda Layihə üzrə hazırlıq işlərinin həyata keçirilməsi məqsədilə şöbə nümayəndələri və FAO-nun xarici ekspertlərindən ibarət Missiya layihə rayonlarına səfər etmişdir. Səfər zamanı, Tərtər, Bərdə və Ağdam rayonlarında regiona xas, səciyyəvi məhsullar üzrə fermerlər, müvafiq assosiasiya üzvləri, kənd təsərrüfatı istehsal vasitələrinin təchizatçıları, müvəkkil kredit təşkilatlarının nümayəndələri ilə görüş keçirilmiş, fermerlərin maliyyə və aqrotexniki tədbirlərin həyata keçirilməsi üçün zəruri olan vasitələrə, eləcə də onların ticarət şəbəkələrinə çıxış imkanları araşdırılmış, həmçinin dəyər zənciri təhlil edilmişdir.
 
  1. “Qadınların İqtisadi Gücünün Artırılması” və “Qoyunçuluq dəyər zəncirinin inkişafı” layihələri üzrə qeyri-formal qruplar əsasında yaradılan Tovuz rayonunda "Qərb yenilikləri", İsmayıllı rayonunda "Arzu", Qax rayonunda "Akasiya", Zaqatala rayonunda "Çinar" və Ağdam rayonunda “EKO Süd” kooperativlərinin gələcəkdə fəaliyyətlərini daha təkmil və dayanıqlı həyata keçirmələri üçün biznes planının və marketinq strategiyasının hazırlanması, qabaqcıl təcrübəyə uyğun nümunəvi korporativ idarəetmə modelinin müəyyənləşməsi, o cümlədən gəlir bölgüsünün təmin edilməsi istiqamətlərində ekspertərlə müzakirələr edilmiş və tövsiyələr verilmişdir. Aqroturizm təsərrüfat subyektləri ilə keçirilən görüşdə iştirak təmin edilmişdir. Görüşdə aqroturizm təsərrüfat subyektlərinə AKİA-nın tərəfdaşlığı ilə icra edilən Tvinninq layihəsi çərçivəsində hazırlanan “Aqroturizm haqqında” qanun layihəsi, beynəlxalq təcrübəyə uyğunlaşdırılmış təlimatlar barədə məlumat verilmiş, həmçinin aqroturizmin əlavə dəyər yaradaraq gəlirlərin diversifikasiyasında, regionların sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırımasında və maliyyə əlçatanlığının asanlaşdırılmasında rolu bildirilmişdir.
      Qeyd edək, “Aqroturizm Assosiasiyası”nın yaradılması ətrafında aparılan müzakirələrin nəticəsi olaraq belə bir Assosasiya artıq təsis olunmuşdur.
 
  1. 2023-cü ilin 18 may tarixində “Caspian Agro” sərgisində Niderland səfiri, Nazirlik, AKİA və Aqrar Xidmətlər Agentliyinin (AXA) rəhbər şəxsləri və Niderlandın kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən şirkətlərin iştirakı ilə görüş keçirilmişdir. Görüşün əsas məqsədi sərgidə iştirak edən, müasir və innovativ kənd təsərrüfatı avadanlıqlarının istehsalı və satışı, gülçülük, toxumçuluq, bağçılıq, sudan səmərəli istifadənin tətbiqi ilə məşğul olan Holland şirkətlərinin Azərbaycanın potensial yerli şirkətləri, özəl və dövlət qurumları ilə əməkdaşlıq imkanlarının müzakirə olunmuşdur. Görüşdə nazir müavini cənab Sarvan Cəfərov tərəfindən açılış nitqi edilmiş, AKİA-nın sədr müavini Leyla Cabbarlı tərəfindən isə Agentliyin fəaliyyət istiqamətləri, kredit və subsidiya mexanizmləri, həyata keçirilən layihələr və beynəlxalq əməkdaşlıq barədə məlumat verilmişdir.
 
  1. “Avropa İttifaqının Azərbaycanın Lənkəran-Astara iqtisadi rayonuna dəstəyi” layihəsi çərçivəsində cari ilin 5 iyun tarixində Steering Committe işçi qrupunun görüşü keçirilmişdir. Görüşdə Lerikdə aqroturizm və ekoturizmin inkişafına dair strateji plan, Lənkəran-Astara iqtisadi rayonunda meyvə və tərəvəz sektorunun dəyər zəncirininin analizi, Lerik rayonunda alma və kartof məhsullarının dəyər zəncirinin analizi üzrə texniki hesabat və Azərbaycan Respublikası Lerik rayonunun 2023-2028-ci illər üçün inkişaf planı (Lənkəran-Astara iqtisadi rayonu) hesabatları ilə bağlı müzakirələr aparılmışdır. Görüşdə Kənd Təsərrüfatı Nazirliyi, İqtisadiyyat Nazirliyi, KOBİA, Sahibkarlığın İnkişafı Fondu tərəfindən nümayəndələr iştirak etmişdir. Görüş zamanı AKİA-nın sədr müavini Leyla Cabbarlı layihənin icra müddətinin fəaliyyət planına uyğun həyata keçirilmədiyini, müvafiq region üzrə fermerlərin maliyyə əlçatanlığının artırılması üzrə AKİA tərəfindən məlumatların olmadığı, AKİA-nın adının köhnə redaksiyada verildiyi, hesabatlardakı dataların etibarlı mənbələrdən əldə edilmədiyi bildirmişdir. Həmçinin müvafiq region üzrə AKİA tərəfindən göstərilən dəstək tədbirləri barədə məlumat qarşı tərəfə təqdim edilmişdir. Qeyd olunan iradları nəzərə alaraq, sənədlər yenidən işlənmiş, rəy və təkliflərin bildirilməsi üçün aidiyyəti qurumlara təqdim edilmiş və AKİA tərəfindən müvafiq rəylər hazırlanmışdır.
  2. “Mərkəzi Asiya, Azərbaycan və Türkiyədə ərzaq israfı və tullantısının azaldılması” layihəsinin icra müddətinin bitməsi ilə bağlı hesabat xarakterli məlumatlar hazırlanaraq aidiyyəti üzrə İqtisadiyyat Nazirliyinə və Nazirlər Kabinetinə təqdim edilmişdir. Layihə çərçivəsində ərzaq təchizatı zənciri boyu ərzaq itkilərini azaltmaq məqsədilə “Ərzaq İtkisi və Tullantılarının Qarşısının Alınması, Azaldılması və Monitorinqi üzrə Azərbaycanın Milli Strategiyasına dair Çərçivə Sənədi” hazırlanmışdır. Eyni zamanda layihənin icra müddəti ərzində hazırlanmış ingilis dilində olan broşurlar Elm və Təhsil Nazirliyinin dəstəyi ilə müvafiq dildə tədrisin həyata keçirildiyi məktəblər arasında təbliğ edilməsi, həmçinin növbəti ildə Azərbaycan dilinə tərcümə edilərək digər məktəblərdə də paylanılması məqsədilə görüş keçirilmiş və razılıq əldə edilmişdir.
  3. Aqrar Məşğulluğun Artırılması” (AMAL) layihəsi çərçivəsində keçirilmiş “Aqro-Mən” müsabiqəsinin qalibi Sərxan Hacıyevə arıçılıqla bağlı alınmış avadanlıqların təqdim edilməsi və Yaponiyanın "Mini-qrant layihələri" proqramı (JİCA) üzrə alınmış süd soyutma aparatının icra vəziyyətinin yoxlanılması məqsədilə Balakən və Şəki rayonlarına səfər təşkil edilmişdir.
Müvafiq avadanlqıların fermerlərin istehsal imkanlarını və məhsuldarlığını artırmaq üçün təyinatı üzrə istifadə edildiyi müəyyən edilmişdir.
 
  1. Macarıstan Respublikasında BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Avropa və Mərkəzi Asiya üzrə regional ofisi tərəfindən keçirilən tədbirdə iştirak təmin olunmuşdur. Tədbirin əsas məqsədi 2024-cü ildə Avropa üçün 34-cü Regional Konfransda (ERC) təsdiqlənmək üçün təqdim olunacaq 2024-2025-ci illər üçün FAO-nun Avropa və Mərkəzi Asiya regionu üçün prioritetlərini müəyyən etmək, Avropa və Mərkəzi Asiya regionunun bütün üzvləri arasında, həmçinin regionun üzləşdiyi çoxsaylı böhranın çətinliklərini nəzərə alaraq fikir mübadiləsi aparmaq olmuşdur. İştirakçı ölkələrin nümayənədləri, eyni zamanda sədr müavini Leyla Cabbarlı tərəfindən Azərbaycanın kənd təsərrüfatında həyata keçirdiyi yeniliklər, üzləşdiyi çətinliklər, su çatışmazlığı, torpaq deqredasiyası, subsidiya sistemi, kənd təsərrüfatının dijitallaşması, innovasiyaların tətbiqi, ərzaq təhlükəsizliyi barədə təqdimat edilmiş və qrup müzakirələri aparılmışdır.
 
  1. AZPROMO tərəfindən Əbu Dabidə keçiriləcək konfransda təqdim olunması məqsədilə AKİA-nın fəaliyyət istiqamətlərini özündə əkst edirən təqdimat hazırlanmış, bukletlər çap olunmuş və aidiyyəti üzrə AZPROMO-ya göndərilmişdir.
 
  1. Dünya Bankı ilə əməkdaşlıq istiqamətində icra olunan layihələr barədə arayış hazırlanaraq aidiyyati üzrə Nazirliyin Beynəlxalq əməkdaşlıq şöbəsinə təqdim olunmuşdur.
``
  1. FAO ilə əməkdaşlıq istiqamətində icra olunan layihələr barədə arayış hazırlanaraq aidiyyati üzrə Nazirliyin Beynəlxalq əməkdaşlıq şöbəsinə təqdim olunmuşdur.
            Arayışlarda , icrada olan layihələrin məqsədi və icra olunduğu ərazilər, layihələrin məqsədlərinin ölkə prioritetlərinə uyğunluğu (Azərbaycan Respublikasında qəbul olunmuş Konsepsiya, Milli Strategiya, Milli Fəaliyyət Planı və ya Dövlət Proqramının adı və istinad olunan bənd/maddə), layihənin komponentləri, icra olunan fəaliyyətlər, xərclənən vəsaitlər,  monitorinq göstəriciləri və layihədə nəzərdə tutulan hədəflərin icrasına dair indikatorlar, gözlənilən nəticələr və digər məlumatlar öz əksini tapmışdır.
  1. “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın AKİA-nın icraçısı olduğu aidiyyəti bəndlər üzrə tədbirlərin nəticə indikatorları üzrə cədvəl məlumatları, eyni zamanda illik əsasda görülmüş işlərə dair məlumatlar hazırlanmışdır.
 
  1. Buğda bitkisinin strateji əhəmiyyətini və ərzaq təhlükəsizliyin təmin edilməsində rolunu nəzərə alaraq, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və Atom Enerjisi Üzrə Beynəlxalq Agentlik (AEBA) tərəfindən təbii resursların (torpaq, su, qida maddələri və s.) səmərəli istifadəsi hesabına buğda istehsalının artırılmasını hədəfə alan layihə konsepsiyası hazırlanmışdır. Ölkədə ümumi əkin sahəsinin 78%-ni tutan taxıl bitkilərinin məhsuldarlığının artırılmasında və dayanıqlı əkinçiliyin təmin edilməsində ağıllı kənd təsərrüfatı metodlarının əhəmiyyətini nəzərə alaraq, “Məhsuldarlığı və dənin keyfiyyətini artırmaq üçün buğda bitkisinin yetişdirilməsində ağıllı kənd təsərrüfatı üsullarının tətbiqi” adı ilə hazırlanmış layihə konsepsiyası hazırda həyata keçirilməkdə olan “Pambıqçılıqda Torpaq, Qida Maddələri və Su ilə bağlı Qabaqcıl Kənd Təsərrüfatı Təcrübələrinin gücləndirilməsi” layihəsinə daxil edilmişdir.
Buğda bitkisinin sortları 3 hektar ərazidə, 3 metodla əkilərək, 4 rayonda, yəni Bərdə, Şəki, Beyləqan və Sabirabad rayonlarında əkilmişdir. Sınaqlara daxil edilən üç müalicə üsulu (i) ənənəvi becərmə texnologiyası, (ii) ən yaxşı regional texnologiya və (iii) iqlimə uyğun ağıllı becərmə texnologiyasıdır. AEBA ilə əməkdaşlıq əsasında hazırlanmış sınaq sxeminə uyğun olaraq qurulmuş “ağıllı kənd təsərrüfatı” təcrübələri əsasında becərilən taxıl sahəsi daha çox məhsul vermişdir.
“Ağıllı kənd təsərrüfatı” təcrübələri metodunda digər metodlardan fərqli olaraq hər hektara minimum həddə toxum səpilmişdir. Belə ki, “Ağıllı kənd təsərrüfatı” metodunda hər hektara 150 kq, regional ən yaxşı metodda hər hektara 220 kq, ənənəvi fermerin təcrübəsi metodunda isə 250-300 kq toxum səpini aparılmışdır.
Hazırda məhsuldarlıq “ağıllı kənd təsərrüfatı” təcrübəsi ilə becərilən sahədə hər hektara - 80 sentnerdir. Bundan başqa, regional ən yaxşı təcrübə ilə becərilən sahədə məhsuldarlıq hektara 40 sentner, fermerin metodu ilə becərmədə isə hektara 35 sentner məhsuldarlıq əldə olunmuşdur. Səpin işləri zamanı Şəfəq-2 yerli sort, Tanya və Alekseyeviç olan xarici sortlardan istifadə edilib və ən çox yerli sort məhsul vermişdir.
Layihənin daha səmərəli həyata keçirilməsi üçün 2023-ci ilin 6-17 mart tarixlərində Pakistanın Faysalabad və İslamabad şəhərində keçirilən təlimdə Azərbaycanı təmsil edən 4 nəfər nümayəndə heyəti “Asiyada torpağın münbitliyini yaxşılaşdırmaq, şoranlıqla mübarizə aparmaq, qida maddələri və sudan istifadə səmərəliliyini artırmaq və əsas kənd təsərrüfatı bitkilərinin məhsuldarlığını artırmaq üçün iqlim əsaslı ağıllı kənd təsərrüfatı” adlı beynəlxalq təlimdə iştrak etmişdir.
  1. Azərbaycan Respublikasında pambıqçılığın inkişafına dair 2017-2022-ci illər üçün Dövlət Proqramı”nın icra vəziyyətinin monitorinqi ilə bağlı daxil olan suallar üzrə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi və Atom Enerjisi üzrə Beynəlxalq Agentliyi (AEBA) arasında həyata keçirilmiş “Xəstəliklərə, quraqlığa və şoranlığa davamlı mutant pambıq xəttlərinin yaradılması”“Pambıqçılıqda Torpaq, Qida Maddələri və Su ilə bağlı Qabaqcıl Kənd Təsərrüfatı Təcrübələrinin gücləndirilməsi” layihələri çərçivəsində görülmüş işlər əlavə edilmişdir.
 
  1. İcrası yekunlaşmış ”Kənd Yerlərinin Kompleks İnkişafı Layihəsi” çərçivəsində “Ailə-kəndli fermer təsərrüfatlarının dəstəklənməsi“ sub layihəsi üzrə Ağcabədi, Bərdə, İmişli rayonlarının 67 təsərrüfatına 1,3 mln manat məbləğində kreditlərin verilməsi üçün “Maliyyə Resurs Mərkəzi” Bank Olmayan Kredit Təşkilatı, “Mədəd Kredit” Bank Olmayan Kredit Təşkilatı və “Viza” Bank Olmayan Kredit Təşkilatı ilə Əlavə Kredit Müqavilələri imzalanmışdır.
 
Verilmiş kredit vəsaitlərinin AKİA-ya geri qaytarılması üzrə öhdəliklərin vaxtında icra olunmadığından hər bir BOKT üzrə mərkəmə orqanında iddialar (ümumilikdə 1.2 mln manat) qaldırılmışdır. “Maliyyə Resurs Mərkəzi”  və  “Mədəd Kredit” BOKT lar üzrə AKİA-nın lehinə qərarlar qəbul olunmuşdur. Hazırda “Viza” BOKT üzrə məhkəmə prosesi davam edir.
 
  1. “EKTİS-in françayzinq əsaslı satışının təşviq olunması” layihə təklifi ilə bağlı təqdimat hazırlanmış və təqdimatda EKTİS haqqında məlumat, fəaliyyət prinsipləri, göstərlən elektron xidmətlər, françayzinq ilə bağlı detallı məlumatlar və onun satışı ilə bağlı məqamlar əks olunmuşdur.
 
  1. “Azərbaycan Respublikasının Dayanıqlı inkişaf üzrə Milli Əlaqələndirmə Şurası, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (BMİTP) birgə dəstəyi ilə “Davamlılıq hesabatı ilə şəffaflığa doğru irəliləmək” mövzusunda cari ilin 20 iyun tarixində təlimdə iştirak təmin olunmuşdur. Təlim “ESG çərçivəsinin ümumiləşdirilməsi və “Davamlılıq hesabatı ilə şəffaflığa doğru irəliləmək” mövzularını əhatə etmiş və BMTİP-in beynəlxalq eksperti xanım Deniz Erkus tərəfindən aparılmışdır. Təlimdə ESG-nin tərifi (ing. environmental, social, governance –“ətraf mühit”, “sosial sahə”, “korporativ idarəetmə”), prinsipləri, hesabatları və meyarları haqqında məlumat verilmiş, ESG-nin özəl və dövlət sektorunda əhəmiyyəti vurğulanmışdır. Təlimin ikinci hissəsində isə davamlılıq hesabatı, davamlılıq hesabatı üzrə şəffaflığın təmin olunması, GRİ, CDSB, CDP, İR, TCFD kimi hesabatlılıq çərçivələri barədə ümumi məlumat verilmişdir.
 
  1. BMT-nin Ətraf Mühit Proqramı, Qafqaz üçün Regional Ekoloji Mərkəzin Azərbaycan filialı və Birləşmiş Krallıqda yerləşən “Aether” beynəlxalq məsləhətçi şirkətin təşkilatçılığı ilə İstixana qazlarının inventarlaşması, Milli Töhfələrin icrası və izlənilməsi və iqlim maliyyələşməsi sahəsində ölkəmizdəki institusional vəziyyətin təhlili, boşluqların və ehtiyacların müəyyənləşdirilməsi və digər məsələlərin müzakirəsi məqsədilə 2 günlük virtual görüşdə iştirak təmin olunmuşdur.
 
  1. İsveçin Lund Universiteti tərəfindən təşkil olunan “Şəhər Təbiətinə əsaslanan həllər üçün idarəetmədə innovasiya” adlı proqramda şöbənin müdiri Fərid Əmirovun iştirakı təmin olunmuşdur. Proqramın əsas məqsədi şəhərləşmiş mühitlərin yaxşılaşdırılması üçün təbiət əsaslı həllərin inkişafı sahəsində idarəçilik və liderliyin inkişaf etdirilməsi olmuşdur. Proqram çərçivəsində İsveç Krallığının Lund şəhəri ilə yanaşı Malmo şəhərinə və Malmo universitetinə sahə səfərləri təşkil edilmişdir. Həmçinin qrup işləri, seminar və hər bir ölkənin iştirakçıları tərəfindən proqram müddətində (2022, Sentyabr – 2023 İyun) əldə etdikləri bilgilərə əsaslanan Layihə hazırlanmışdır. Belə ki, Azərbaycanı təmsil edən AKİA-nın, FAO-nun, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin, İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğunun və “Vasconi Architects”in nüməyəndələri tərəfindən “Azərbaycan üçün Yaşıl Dəhliz” Layihəsi hazırlanmış və təqdim edilmişdir.
 
2023-cü ilin 13-26 iyun tarixlərində Çin Xalq Respublikasının Pekin şəhərində Çin Milli Qida və Fermentasiya İnstitutu tərəfindən  “Alkoqollu içkilərin idarə edilməsi və təşviqi üzrə” seminar keçirilmişdir. Seminarda AKİA-nın səlahiyyətli nümayəndələri iştirak etmişdir.
Seminarın əsas məqsədi alkoqollu məhsulların təbliğinin effektivliyinin artırılmasında Azərbaycan Respublikasına dəstək göstərmək və Çin Xalq Respublikasına şərab ixracı potensialından istifadə imkanlarının artırılması olmuşdur.
Seminarda Kənd Təsərrüfatı Nazirliyi, AKİA, ATM, İqtisadiyyat Nazirliyi, Azpromo, AQTA və özəl sektor nümayəndələri iştirak etmiş, Pekin, Yantai, Luzou, Çenqdu şəhərlərində Azərbaycanın şərab brendinin Çində tanıdılması startegiyası, Çinin alkoqollu içki dövriyyəsinin tənzimlənməsi standartları barədə təlimlər keçirilmiş və müzakirələr aparılmışdır. Seminarın nəticələrinə dair ətraflı məlumat hazırlanmış aidiyyəti üzrə təqdim olunmuşdur.
 
  1. FATP çərçivəsində icra olunan Azərbaycanda xəstəliklərdən azad kartof toxumçuluğu milli sisteminin yaradılması” layihəsi çərçivəsində 250 tonluq (ayrı-ayrılıqda 5 soyuducu anbar) Soyuducu Anbarın tikintisi ilə bağlı cari ilin 20-24 iyun tarixlərində Tovuz rayonunun Dönük Qırıqlı kəndinə səfər həyata keçirilmişdir. Səfər çərçivəsində Tərəvəzçilik Elmi Tədqiqat İnstitutunun Tovuz Təcrübə Stansiyasının ərazisində aparılan tikinti işlərinin monitorinqi aparılmış və işlərin yekunlaşdığı müəyyən edilmişdir.
Hazırda 5 vahid soyuducu anbarın istismara verilməsi üçün son tamamlama işləri aparılır.
 
  1. Məlum olduğu kimi, 2023-cü ilin 13-26 iyun tarixlərində Çinin Pekin şəhərində təşkil olunan R2023-cü il (14 gün) “Alkoqollu içkilərin idarə edilməsi və təşviqi” üzrə keçirilən seminarda AKİA nümayəndələri (sədr müavini Leyla Cabbarlı və şöbə müdiri Fərid Əmirov) iştirakı etmişlər.
     Seminar çərçivəsində alkoqollu məhsulların təbliğinin effektivliyinin artırılmasında Azərbaycan Respublikasına dəstək göstərmək və Çin Xalq Respublikasına şərab ixracı potensialından istifadə imkanlarının qiymətləndirilməsi imkanları araşdırılmışdır.
      Səfərin nəticələrinə dair rəhbərliyə hazırlanan ətraflı hesabatda keçirilmiş görüşlər, bu sahədə əldə olunan bilgi və təcrübələr, gələcək perspektiv imkanları qeyd edilmişdir.
      Əldə olunmuş təcrübəyə əsasən Aİ-nın TAİEX proqramı çərçivəsində “Azərbaycanda  şərb turizminin inkişaf etdirilməsi” barədə yeni layihə təklifi və əsaslanması hazırlanaraq  Nazirliyə təqdim olunmuşdur.
 
  1. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf eata“Üzümçülüyün inkişafı istiqamətində ailə təsərrüfatlarının, kiçik və orta sahibkarlığın genişləndirilməsi pilot layihəsi” çərçivəsində Şamaxı rayonunda görülmüş işlərə dair hesabat hazırlanmış, əldə olunan nəticələr və gözlənilən proqnozlar qeyd edilmişdir.
 
  1. Aqrar sektorda beynəlxalq təcrübələrin yaxşı nümunələrini öyrənmək məqsədilə aşağıdakı ölkələr üzrə araşdırmalar aparılmışdır.
 
  1. Çin Xalq Respublikasında torpaq islahatı haqqında
  2. Cənubi Koreyada torpaq islahatlarının aparılması və nəticələri haqqında
  3. Macarıstanın aqrar dəyər zənciri haqqında
  4. Yaponiyada torpaq islahatı haqqında
  5. Fransada torpaq islahatları haqqında
  6. Yaponiyada aqrar sektorda dəyər zənciri
  7. Hindistan Respublikasının torpaq islahatı haqqında
  8. Fransa Respublikasında taxılçılıq və südçülük istiqamətdə fəaliyyət göstərən
  9. Kooperativlərin təcrübəsi
 
  1. FAO-nun texniki dəstəyi ilə hazırlanan və Ermənistan İqtisadiyyat Nazirliyi tərəfindən aqrar sektorun inkişafı üçün əsas prioritetləri əks etdirən, bir sıra prioritet vəzifələr müəyyən edən və məqsədyönlü fəaliyyət planını təqdim edən “2020-2030-cu illər üçün Ermənistan Respublikasının kənd təsərrüfatı sektorunun iqtisadi inkişafını təmin edən əsas istiqamətlər Strategiyası” araşdırılmış, arayış hazırlanmışdır.
Strategiyada qeyd olunan “kənd təsərrüfatı kreditləri üzrə zəmanət fondunun yaradılması” məsələsi üzrə qabaqcıl ölkələrin, o cümlədən Cənubi Koreyanın təcrübəsi aşadırılmış, kənd təsərrüfatı kreditləşməsi barədə məlumat hazırlanmışdır. Məlumatda sektorda olan güzəştlər, kreditləşmədə yaradılan zəmanət fondu öz əksini tapmışdır. Eyni zamanda analoji zəmanət fondunun ölkəmizin aqrar sektoruna göstərə biləcəyi töhfələr müzakirə olunmuşdur.
 
  1. İslam İnkişaf Bankının (Bank) Missiyası Azərbaycanda səfərdə olmuş və səfər çərçivəsində Kənd Təsərrüfatı Nazirliyində Missiya ilə görüş keçirilmişdir. Görüşdə Bankla birgə görülən işlərə dair hesabat təqdim edilmiş, gələcək əməkdaşlıq istiqamətləri müzakirə edilmişdir.
 
  1. Koreyanın “Seul Təşəbbüsü Şəbəkəsi Layihəsi” çərçivəsində AKİA tərəfindən 3 layihə təklifi hazırlanmışdır.
    • İqlim üzrə Ağıllı Kənd Təsərrüfatının (CSA) Maliyyələşdirmə Strategiyasının İnkişafı;
    • Torpaq ehtiyatlarından səmərəli istifadə üzrə dövlət dəstək mexanizmlərinin təkmilləşdirilməsi yolu ilə yaşıl inkişafın təşviqi;
    • Azərbaycanın Ağdaş rayonunun Kotavan kəndində suvarma kanallarının bərpası layihələri.
 
Qeyd edək ki, Layihələr əsasən yaşıl inkişaf, iqlim dəyişkənliyinin qarşısının alınması istiqamətində nəzərdə tutulmuş və 2008-2021-ci illərdə 20 ölkədə 40 layihə reallaşdırılmışdır (Azərbaycanla bağlı layihə həyata keçirilməmişdir). Layihələrin Koreya Respublikasının Ətraf Mühit Nazirliyi tərəfindən maliyyələşdirilməsi nəzərdə tutulur.
 
  1. Şimali Makedoniyada torpaqların tərk edilməsinin və parçalanmasının qarşısının alınması məqsədilə Avropa İttifaqının və FAO-nun dəstəyi ilə tədbirlər araşdırılmış və “Şimali Makedoniyada Torpaqların Konsolidasiyası Milli Proqramı” layihəsi haqqında arayış hazırlanmışdır.
 
  1. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyindən daxil olan məktub əsasında Yaponiyanın Texniki Əməkdaşlıq Proqramı çərçivəsində aşağıdakı layihə təklifləri hazırlanmış və aidiyyəti üzrə təqdim olunmuşdur.
  • İqlim üzrə Ağıllı Kənd Təsərrüfatının (CSA) Maliyyələşdirmə Strategiyasının İnkişafı;
  • Fermer təşkilatlarının yaradılması və inkişafı; Yaponiya təcrübəsinə əsaslanaraq  
          Azərbaycanda Aqrobiznes İnkubasiya Mərkəzi Modelinin hazırlanması və tətbiqi;
  • Kənd yerlərində ərzaq dəyər zəncirinin təşviqi;
  • Kənd yerlərində qadınlarının potensialının artırılması)
 
  1. Atom Enerjisi üzrə Beynəlxalq Agentliyi (AEBA) ilə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi tərəfindən birgə həyata keçirilən “Xəstəliklərə, quraqlığa və şoranlığa davamlı mutant pambıq xəttlərinin yaradılması” və Azərbaycanda pambıq istehsalı üzrə Torpaq, Qida Maddələri və Su ilə bağlı Qabaqcıl Kənd Təsərrüfatı Təcrübələrinin (GAP) gücləndirilməsi” layihələri çərçivəsində təhvil verilən avadanlıqlar və reaktivlərlə bağlı təsir qiymətləndirilməsinin həyata keçirilməsi məqsədilə təhvil verilmiş avadanlıqların Bitki Mühafizə və Texniki Bitkilər Elmi -Tədqiqat İnstitutu tərəfindən istifadə olunması və həmin avadanlıqların verdiyi töhfələr üzrə məlumatların təqdim edilməsi üçün aidiyyəti üzrə məktub göndərilmişdir.
 
  1. Azərbaycan Respublikası Xarici İşlər Nazirliyindən daxil olan Türk Dövlətləri Təşkilatı (TDT) və BMT-nin Qida və Kənd Təsərrüfatı Təşkilatı (FAO) tərəfindən birgə hazırlanmış Anlaşma Memorandumu layihəsi ilə bağlı rəy və təkliflər hazırlanmış və xidməti məktub hazırlanaraq Nazirliyin Beynəlxalq şöbəsinə göndərilmişdir.
 
  1. Azərbaycan Respublikasının Nazirlər Kabinetindən daxil olan Beynəlxalq maliyyə təşkilatlarının kredit vəsaiti hesabına maliyyələşdirilməsi təklif olunan layihlərlə bağlı daxil olmuş məktuba aidiyyəti üzrə baxılmış və layihə təklifləri hazırlanaraq rəhbərliyə təqdim edilmişdir.Tapşırığa uyğun olaraq sektor üzrə prioritet istiqamətlər üzrə 5 layihə mövzusu təqdim olunmuşdur.
    1. “Aqrar sektorda meyvə-tərəvəz və heyvandarlıq məhsullarının emalı sənayesinin inkişaf etdirilməsi” layihəsi;
    2. “Kənd Yerlərinin Kompleks İnkişafı” layihəsi;
    3. “Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətinin Gücləndirilməsi və Dayanıqlığı” layihəsi;
    4. “Aqrar sahədə investisiya mühitinin və aqrobiznes dəyər zəncirinin inkişafı” layihəsi;
    5. “İşğaldan azad olunmuş və işğaldan təsirlənən ərazilərdə ərzaq təhlükəsizliyi sisteminin yaradılması” layihəsi;
    6. “Kənd yerlərində klasterləşmənin tətbiqi” layihəsi.
 
  1. “Mərkəzi Asiya üzrə Subregional Ofis ölkələrində ərzaq israfı və tullantısının azaldılması” layihəsinin yekun hesabatına dair rəyləri, eyni zamanda FAO-nun tövsiyələrinə əsasən görüləcək növbəti tədbirlər və layihənin ölkəmizə verdiyi töhfələr barədə məlumatlar Nazirliyin Beynəlxalq tərəfdaşlıq şöbəsinə təqdim olunmuşdur. Eyni zamanda Layihə çərçivəsində hazırlanan Strategiyada nəzərdə tutulan fəaliyyətlərin icrası üçün ardıcıl işlərə başlanmışdır.
  2. KTN tərəfindən təqdim olunan “Əməkdaşların məmnuniyyət sorğusu” cavablandırılmış və aidiyyəti üzrə təqdim olunmuşdur.
60 .Kənd Təsərrüfatı Nazirliyi Aparatının Beynəlxalq şöbəsindən daxil olan sorğuya əsasən Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) tərəfindən həyata keçirilən layihələr, əməkdaşlıqlar və fəaliyyət istiqamətləri haqqında arayış hazırlanmış və aidiyyəti üzrə təqdim olunmuşdur.
61.“Bazarda rəqabət qabiliyyətini artırmaq üçün kənd təsərrüfatı kooperativlərinin təşviqi - TCP/AZE/3903” layihəsi çərçivəsində Azərbaycana səfər edən layihənin baş texniki mütəxəsisi Pedro Arias və kooperativlər üzrə beynəlxalq mütəxəssis Sara Vicari ilə  keçirilən görüşdə  iştirakı təmin olunmuşdur. Görüşdə layihənin hədəfləri, qarşıda duran fəaliyyətlər üzrə müzakirələr aparılmış, suallar cavablandırılmışdır. Eyni zamanda layihənin uğurla icrasının təmin olunması üçün mövcud qanunvericilik bazasının İngilis dilinə tərcümə edilərək beynəlxalq ekspertlərə təqdim olunması üçün FAO-Azərbaycan ofisinə məlumat verilmişdir.
62.Orqanik kənd təsərrüfatı məhsullarının istehsalı barədə yeni TAEİX layihəsi üzrə hazırlıqlara başlanmış, beynəlxalq təcrübənin yaxşı nümunələri araşdırılmışdır.
  1. 63. 2023-cü ilin 25-26 sentyabr tarixində Bakı şəhərində keçirilmiş Türk Dövlətləri Təşkilatının (TDT) kənd təsərrüfatı nazirlərinin sayca II iclası üçün təşkilatçılıq işləri uğurla başa çatdırılmışdır. Tədbirdə Türkiyə, Şimali Kipr, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Macarıstan dövlətlərinin kənd təsərrüfatı nazirləri Azərbaycana səfər etmişlər.
  2. Ərzaq təhlükəsizliyinin istehsalın və məhsuldarlığın intensiv artmasının əsas yolu kimi innovativ yeniliklərin, rəqəmsal texnologiyaların və süni intellektin kənd təsərrüfatına tətbiqinin genişləndirilməsi və sürətləndirilməsi nəzərdə tutulur.
Bu baxımdan kənd təsərrüfatında süni intellektin tətbiqi, üstünlükləri və bununla bağlı dövlət dəstək mexanizmləri haqqında qabaqcıl ölkələrin təcrübəsi araşdırılmış, təqdimat və arayışlar hazırlanmışdır.
Arayış və təqdimatlarda süni intellektin tətbiqi istiqamətində maliyyələşmədə iştirak edən beynəlxalq təşkilatlar və fondlar, qabaqcıl ölkələrin Sİ-in aqrar sahədə tətbiqi istiqamətindəki təcrübələri, həyata keçirilən layihələr, SWOT analizi, Azərbaycanda Kənd Təsərrüfatı Nazirliyi tərəfindən Sİ tətbiqinin üstünlükləri,  AKİA-nin bu istiqamətdə rolui əks olunmuşdur.
Eyni zamanda aqrar sektorda süni intellektin (Sİ) tətbiqinin sektorun müxtəlif sahələrində çalışan peşə sahiblərinə təsiri barədə araşdırmalar da aparılmışdır.
  1. Dünya Bankı tərəfindən təklif olunan “Azərbaycanda kənd təsərrüfatının rəqabət qabiliyyəti və dayanıqlılığı” layihəsinin “Kənd təsərrüfatı sektorunda keyfiyyətli iş yerlərinin yaradılmasının təşviqi” komponenti üzrə 2023-cü ilin 17 avqust tarixində Aqrar Kredit və İnkişaf Agentliyində Dövlət Məşğulluq Agentliyi, Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın idarə heyətinin nümayəndələri və Məşğulluğa Dəstək Layihəsinin layihə koordinatoru ilə görüş keçirilmiş, birgə müzakirələr aparılmışdır.
66.“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində 2022-2026-cı illərdə əhalinin məşğulluq imkanlarının artırılmasına dair Tədbirlər Planı” layihəsinə dair rəy və təkliflər  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanlanmışdır.
68.“Azərbaycanda Akkreditə olunmuş Kənd Təsərrüfatı Sertifikatlaşdırma Orqanının  yaradılması: Yerli İmkanların Gücləndirilməsi və Əlverişli Qiymət üçün Aİ Ekspertizasından Yaradılması” mövzusunda yeni TAEİX layihə təklifi hazırlanmışdır. Bununla əlaqədar beynəlxalq ekspertin təmin edilməsi üçün email göndərilmiş və hazırda qarşı tərəfdən cavab gözlənilir.
69.“Azərbaycanda şərab turizminin inkişaf etdirilməsin” layihə təklifinin Əsaslandırılması hazırlanmış və Nazirliyə təqdim edilmişdir.
70.Asiya İnkişaf Bankı (AİB) tərəfindən təsis edilmiş Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq (CAREC) Proqramının 2023-cü il üçün Gender bərabərliyinin təkmilləşdirilməsi mükafatı barədə  AKİA adından müraciət forması hazırlanmış, və aidiyyatı qurumlara iştirakda maraqlı olduqları halda müraciət etmələrinə dair email göndərilmişdir.
71.2023-cü ilin dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərində (dövlət investisiya proqramı) və işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün nəzərdə tutulmuş vəsaitlər hesabına həyata keçirilən investisiya layihələrinin icrasının və vəsaitlərin istifadəsinin sürətləndirilməsi istiqamətində görülən tədbirlər barədə  Maliyyə Nazirliyindən daxil olan 2023-cü il 25 iyul tarixli  3-23/2-4002/2023 nömrəli məktub cavablandırılmışdır.
72.Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Texniki Əməkdaşlıq Proqramı çərçivəsində həyata keçirilməsi nəzərdə tutulan “Bazarda rəqabətliliyin artırılması üçün kənd təsərrüfatı kooperativlərinin təşviqi” və “Kənd yerlərində yaşayış şəraitinin yaxşılaşdırılması üçün məşğulluq imkanlarının araşdırılması” layihə sənədlərinə dair rəylər verilmiş, eləcə də prosesin FAO tərəfindən sürətləndirilməsi ilə bağlı aidiyyəti üzrə müraciət olunmuşdur.
  1. 2019-2022-ci illər ərzində FATP çərçivəsində “Azərbaycanda iribuynuzlu damazlıq heyvanlarının cins tərkibinin yaxşılaşdırılması və səmərəli yemləmə sistemlərinin yaradılması vasitəsilə iribuynuzlu heyvandarlığın inkişaf etdirilməsi” və “Qadınların İqtisadi Güclərinin Artırılması - WEP” layihələri, həmçinin “Üzümçülüyün inkişafı istiqamətində ailə təsərrüfatlarının, kiçik və orta sahibkarlığın genişləndirilməsi pilot layihəsi” çərşivəsində həyata keçirilən fəaliyyətlərin davamlılığının qiymətləndirilməsi və İsmayıllı rayonunun Sumağallı kəndində fəaliyyət göstərən “Arzu Qadın Qrupunun” üzvləri ilə görüşlərin keçirilməsi məqsədilə cari ilin 22-25 avqust tarixlərində BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycana yeni təyin olunmuş rəhbəri Nasar Hayatın rəhbərlik etdiyi nümayəndə heyəti ilə birgə Şamaxı, İsmayıllı və Göygöl rayonlarına səfər edilmişdir.
Səfər çərçivəsində Respublika Süni Mayalanma Mərkəzində və Heyvandarlıq Elmi Tədqiqat İnstitutunda görüşlər təşkil edilmiş, onların fəaliyyət istiqaməti, aparılan elmi-tədqiqat işləri, həmçinin layihənin icra vəziyyəti barədə məlumat verilmiş, qarşıda duran əsas hədəflər səsləndirilmişdir.
İsmayıllı rayonunun Sumağallı kəndində “Qadınların İqtisadi Güclərinin Artırılması - WEP” layihəsi çərçivəsində yaradılan “Arzu Qadın Qrupunun” üzvləri ilə görüşdə layihənin  dəstəyilə alınmış avadanlıqların istifadəsi, onların iş fəaliyyətində yaratdığı dəyişikliklər və təsirlər, o cümlədən gələcək fəaliyyətləri ilə bağlı fikir mübadiləsi aparılmışdır. Eyni zamanda kooperativlərin əhəmiyyəti və səmərəliliyi bir daha qeyd olunaraq, kooperativlər üçün nəzərdə tutulan xüsusi dövlət dəstəkləri barədə məlumat verilmişdir.
AMAL layihəsi çərçivəsində Şamaxı rayonunda icra olunmuş “Üzümçülüyün inkişafı istiqamətində ailə təsərrüfatlarının, kiçik və orta sahibkarlığın genişləndirilməsi” adlı pilot layihəsi çərçivəsində salınmış yeni üzüm bağlarına yerində baxış keçirilmiş, layihənin, benefisiarların maddi durumlarına effektiv təsir göstərdikləri onlar tərəfindən səsləndirilmişdir.
Bundan başqa Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) keçirilən görüşdə fəaliyyət istiqamətləri, əldə olunan nailiyyətlər, maddi-texniki bazası və ikili diplom proqramları haqqında məlumatlar verilmişdir.
 
74.TCP çərçivəsində icrası nəzərdə tutula biləcək 8 layihə təklifi-  “Layihənin adı, nəzərdə tutulan fəaliyyətlər, AR prioritetlərinə uyğunluğu” göstərilməklə- təqdim edilmişdir.
Təklif olunan layihələr əsasən aqrar sahədə süni intellektin tətbiqi, üzümçülük üzrə turizm marşurutunun çoğrafiyasının hazırlanması, İqlim ağıllı kənd təsərrüfatı maliyyələşməsi mexanizminin hazırlanması, “Skorinq modeli” funksiyasının hazırlanması, aqrar sahənin inkişafı ilə bağlı icra olunan layihələrin təsirinin qiymətləndirilməsi üzrə metodologiyanın hazırlanması, işgaldan azad olunmuş ərazilərdə məşgulluq səviyyəsinin qiymətləndirilməsi və s. istiqamətində olmuşdur.
  1. 75. KTN-nin müvafiq şöbələri və ETİ-ları ilə məsləhətləşmələr əsasında “Kənd təsərrüfatı sahəsində həyata keçirilər layihələr haqqında ümumi məlumat”da FATP-2 çərçivəsində nəzərdə tutulan 12 layihə üzrə təkliflər və fəaliyyətlər hazırlanaraq aidiyyəti üzrə rəhbərliyə təqdim edilmişdir.
76.Texniki Tərəfdaşlıq Proqramı (TCP) çərçivəsində 9 layihə təklifi hazırlanmış  və həmin təkliflərdə layihə üzrə “Nəzərdə tutulan fəaliyyətlər” və “Azərbaycan Respublikasının prioritetlərinə uyğunluğu və layihənin zəruriliyinin əsaslandırılması” bəndləri qiymətləndirilmişdir.
Təklif olunan Layihələrin həyata keçirilməsi, hökumətin prioritetlərini özündə əks etdirən  “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın, Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın, BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinın, “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın, 2021-ci il 02 fevral tarixində AR Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan-2030:sosial iqtisadi inkişafa dair Milli Prioritetlər”nin, “Azərbaycan Respublikasında innovativ inkişaf sahəsində koordinasiyanın təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 10 yanvar tarixli 881 nömrəli Sərəncamının, “2018–2025-ci illərdə Azərbaycan Respublikasında şərabçılığın inkişafına dair Dövlət Proqramı”nın müvafiq bəndlərin icrasına öz töhfəsini verəcəkdir.
77.Nazirliyin aidiyyəti şöbələri və ETİ ilə məsləhətləşmələr əsasında FATP-2 çərçivəsində həyata keçirilməsi nəzərdə tutulan 12 layihə üzrə  əsas fəaliyyət istiqamətləri müəyyənləşdirilmişdir.
Fəaliyyət istiqamətlərində ölkəmizdə torpaq və su resurslarından səmərəli istifadə, işğaldan azad olunmuş ərazilərdə kənd təsərrüfatının inkişafı, yerli toxumçuluq və tingçilik sisteminin inkişafı, rəqəmsal kənd təsərrüfatı dəstəklənməsi, kənd təsərrüfatında innovasiyaların tətbiqi ilə davamlı məhsuldarlığın təmin edilməsi, qərzəkli meyvəçiliyin inkişafında innovativ metodlardan istifadə, aqrobiznes sahəsində sahibkarlığın dəyər zəncirinin inkişafı və effektiv institutlaşması, ölkənin ixrac bazarlarının genişləndirilməsi və şaxələndirilməsi kimi hökumət prioritetlərinə uyğun olan hədəflər  əks olunmuşdur.
78.Azərbaycan Respublikası Nazirlər Kabinetinin tapşırığına əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin İslam İnkişaf Bankı Qrupunun "Ölkə üzrə Əməkdaşlıq Çərçivəsi"nə rəy və təkliflər bildirilmişdir.
Sənəd ümumən qənaətbəxş hesab olunmuş, inkişaf prioritetlərində KTN-nın əsas hədəflərinə uyğun olan  “Ərzaq təhlükəsizliyinin təşviq edilməsi üçün kənd təsərrüfatının məhsuldarlığının artırılması” kimi məsələlər öz əksini tapmışdır.
79.FAO tərəfindən “Kənd yerlərində əhalinin rifahının yaxşılaşdırılması üçün məşğulluq imkanlarının araşdırılması” layihəsi üzrə daxil olan sənəd araşdırılmış və rəy və təkliflər verilmişdir.
Qeyd edək ki, Layihə kənd təsərrüfatının dayanıqlı inkişafı üzrə strategiyanın hazırlanmasında və həyata keçirilməsində öz dəstəyini göstərəcəkdir.
80.FAO-nun Texniki Əməkdaşlıq Proqramı (TCP) çərçivəsində  icrası nəzərdə tutulan “Bazarda rəqabətliliyin artırılması üçün kənd təsərrüfatı  kooperativlərinin təşviqi  (TCP/AZE/3903 (744014)) layihəsi” üzrə daxil olan sənədə dair rəy və təkliflər bildirilmişdir.
81.Türkiyə Respublikasının Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyi tərəfindən kənd təsərrüfatı sahəsində cari ilin sentyabr ayında virtual formatda təlimlər təşkil olunmuş, təlimlərdə həmçinin Layihə və proqramlar şöbəsinin əməkdaşları iştirak etmiş, onları maraqlandıran suallar qarşı tərəfdən  məlumatlandırılmışdır.
82.Avropa Komissiyasının Texniki Yardım və İnformasiya Mübadiləsi (TAİEX) proqramı çərçivəsində təklif olunan aşağıdakı layihələr Avropa Komissiyası tərəfindən təsdiqlənmiş və bununla bağlı Nazirliyə təhriri məruzə təqdim olunmuşdur:
1.“Kənd yerlərinin inkişafında qadınların və gənclərin iqtisadi səlahiyyətlərinin artırılması və kənd təsərrüfatı sektorunda yaradılmış əlavə dəyərin artırılması üzrə TAİEX təcrübə səfəri”
2.“Aİ və Azərbaycan kənd təsərrüfatı kooperativlərinin hüquq sisteminin müqayisəli təhlili və siyasət dəstəyi. Azərbaycanın kooperativ sektorunun inkişafı üçün texniki tövsiyələrin müəyyən edilməsi”
3.”Aqrobiznes inkubasiya mərkəzlərinin yaradılması və təsərrüfatlarda innovasiyaların ötürülməsi üzrə Aİ təcrübəsi”
4.“Torpaqların meliorativ cəhətdən yaxşılaşdırılması, o cümlədən əsaslı hamarlanma işlərinin aparılması”
5.“Torpaq məcralı kanalların mərhələli şəkildə qapalı şəbəkə (boru) ilə əvəz olunması və bunun su itkilərinin qarşısının alınmasında rolunun təhlil olunması”
83.Aqrar sahədə dövlət dəstəyi tədbirlərinin həyata keçirilməsində süni intellektin tətbiqi ilə bağlı TAİEX və TCP üçün nəzərdə tutulan layihə təklifləri hazırlanmışdır.
84.Mərkəzləşdirilmiş Aqrar Kredit Sisteminin (MAKS) rəsmiləşdirilməsi ilə bağlı proqram təminatının alınmasının hansı donor tərəfindən mümkünlüyü barədə araşdırma aparılmış və arayış hazırlanmışdır.
85.İşğaldan yeni azad edilmiş ərazilərdə kənd təsərrüfatı fəaliyyətlərinin tənzimlənməsi üçün operativ Tədbirlər Planı üçün 16 bənddən ibarət təkliflər təqdim edilmişdir.Təklifər əsasən kənd təsərrüfatının əsas istiqamətlərini əhatə etmiş,  işğaldan yeni azad edilmiş ərazilərdə ərzaq təhlükəsizliyinin qorunmasına, dayanıqlı kənd təsərrüfatının inkişafına hədəflənmişdir.
86.Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Heyvandarlıq Elmi-Tədqiqat İnstitunun (İnstitut) dəvəti ilə 2023-cü ilin 19 sentyabr tarixində İnstitutun Göygöl rayonundakı inzibati binasında keçirilən “Koreya-Azərbaycan ağıllı kənd təsərrüfatı sahəsində əməkdaşlıq” mövzusunda sınaq layihəsinin təqdimatında iştirak təmin olunmuşdur. Təqdimat Kənd Təsərrütaı Nazirliyinin dəstəyi, İnstitut, Cənubi Koreyanın Ticarət və İnvestisiyaların Təşviqi Agentliyi (KOTRA), İNPRO, WHYBIZ, ENEY şirkətlərinin birgə əməkdaşlığı ilə təşkil edilmişdir. Tədbirdə həmçinin Göygöl İH başçısının müavini, KTN-nin və AXA-nın məsul şəxsləri iştirak etmişdilər.
Tədbirdə “SmartFarm texnoloji təqdimatı”, “Əkin sahələrində suya qənaətedici suvarma sistemlərinin tətbiqi” və digər mövzularda təqdimatlar keçirilmiş, heyvandarlıq sahəsində ağıllı kənd təsərrüfatının ölkəmizdəki təsərrüfatlara tətbiqi, onlardan daha yüksək səmərəlilik alınması, mütəxəssislərin yeni biliklərə yiyələndirilməsi və həmçinin yaxın zamanlarda ölkəmizdə də agilli kənd təsərrüfatının geniş tətbiq olunmasının əhəmiyyəti vurğulanmışdır
Tədbirin sonunda İnstitutla Cənubi Koreya şirkətləri arasında əməkdaşlıq haqqında memorandum imzalanmışdır.
88.2023-cü ilin 28 sentyabr tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən icra olunan “Bioloji müxtəlifliyin mühafizəsi və davamlı istifadəsi: İdarəetmənin təkmilləşdirilməsi vasitəsilə Azərbaycanın xüsusi mühafizə olunan ərazilər sisteminin gücləndirilməsi” layihəsinin dördüncü Rəhbər Komitəsinin hibrid formatda keçirilən iclasda iştirak təmin olunmuşdur.
Görüşün əsas məqsədi 2023-cü il və daha öncəsində layihə çərçivəsində görülmüş işlər, əldə olunmuş nailiyyətlər, layihənin II komponentdə nəzərdə tutulmuş nizamlamalar barədə iştirakçıları məlumatlandırmaq və qarşıda duran məsələləri müzakirə etmək olmuşdur. Eyni zamanda görüşdə Rəhbər Komitənin tərkibində səsvermə yolu ilə dəyişikliklər edilmiş və yeni üzvlər təqdim olunmuşdur.
 
89.Məlum olduğu kimi, Aqrar Kredit və İnkişaf Agentliyinin (Agentlik) və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin (FAO) birgə əməkdaşlığı ilə "Azərbaycanda findıqcılıq sahəsində səmərəliliyin və dayamlılığın sürətləndirilməsi" (UTF/AZE/016/AZE) layihə həyata keçirilir.
2023-cü ilin 15-16 noyabr tarixində layihə çərçivəsində ölkəmizdə Fındıqçılıq üzrə Beynəlxalq Konfransın keçirilməsi nəzərdə tutulur. Konfrans, findığın becərilməsi, emalı ve ticarəti ilə bağlı bilik və təcrübə mübadiləsi üçün geniş bir platforma təmin edərək ekspertler, tədqiqatçılar, maraqlı qurumlar, potensial alıcılar, vasitəçiləri bir araya gətirərək hərtərəfli müzakirələrin aparılması məqsədi daşıyır.
Konfransa həmçinin Çin Xalq Respublikasından da nümayəndələrin qatılması üçün ardıcıl işlər aparılır. Hesab etmək olar ki, fındıqçılıqda aparılan beynəlxalq əməkdaşlıq ölkəmizin ixrac potensialının coğrafi ərazisinin genişlənməsinə öz töfhəsini verəcəkdir.
 
90.”Təbiəti Mühafizə üzrə Milli Tədbirlər Planı”nın hazırlanması ilə əlaqədar 2023-cü ilin 29 sentyabr tarixində ETSN-də keçirilmiş tədbirdə  və  Asiya İnkişaf Bankı tərəfindən “Cənubi Qafqaz Dəhlizi: Kənd təsərrüfatı dəyər zəncirinin qiymətləndirilməsi layihəsi” çərçivəsində  təşkil olunan görüşdə iştirak iştirak təmin olunmuşdur.
              91.2015-ci ilin dekabr ayında Azərbaycan Respublikası və Çin Xalq Respublikası arasında imzalanmış “İpək Yolu İqtisadi Kəmərinin birgə Təşviqinə dair Anlaşma Memorandumu" layihəsinə baxılmış, rəy və təkliflər təqdim edilmişdir.
             Memorandum layihəsində “Kəmər və Yol” Təşəbbüsünün həyata keçirilməsi üzrə Çin Xalq Respublikası (ÇXR) və Azərbaycan arasında olan əməkdaşlıq planının prinsipləri öz əksini tapmışdır. Bu prinsiplərə siyasətin əlaqələndirilməsi, infrastruktur və logistika, ticarət, investisiya və sənaye inkişafı, fiskal və maliyyə əməkdaşlığı, elm, texnologiya və əqli mülkiyyət, yaşıl inkişaf, meteoroloji monitorinq və ilkin xəbərdarlıq, tibbi xidmət və səhiyyə, metrologiya, standartlaşdırma, kənd təsərrüfatı, meşəçilik və su mühafizəsi üzrə əməkdaşlığın həyata keçirilməsi daxildir.
 92.ADA universitetində  “Kənd təsərrüfatı və qida elmləri” üzrə yeni fakültənin yaradılması nəzərdə tutulmuşdur. Bu ölkəmizdə aqrar sahənin dayanıqlı inkişafı üçün təcrübəli mütəxəssislərin yetişdirilməsinə öz dəstəyini göstərəcəkdir. Bu münasibətlə 2023-cü ilin 16 oktyabr tarixində Universitetdə tədbir keçirilmişdir.
93.SPECA-ya üzv ölkələr (Azərbaycan, Əfqanıstan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Tacikistan və Özbəkistan) ilə əməkdaşlıq çərçivəsində icra olunan regional layihələr barədə araşdırmalar aparılmışdır.
Araşdırmalara əsasən 
  1. “Mərkəzi Asiya ölkələrində və Türkiyədə pestisidlərin dövriyyəsinin idarə edilməsi və davamlı üzvi çirkləndiricilərə (DÜÇ) aid edilən pestisidlərin zərərsizləşdirilməsi” layihəsi
  2. “Mərkəzi Asiya və Qafqazda buğda pası xəstəliklərinin və xəstəliyə davamlılıq üzrə seleksiyanın idarə edilməsi üzrə regional əməkdaşlıq və milli imkanların gücləndirilməsi” layihəsi
  3. “Mərkəzi Asiya üzrə Subregional Ofis ölkələrində ərzaq israfı və tullantısının azaldılması” layihəsi
  4. “Azərbaycan, Tacikistan və Özbəkistanda seçilmiş kənd təsərrüfatı məhsulları üzrə ixracın təşviqi milli strategiyalarının yaradılması prosesinə dəstək”
  5. “Qafqazda və Mərkəzi Asiyada (QMA) çəyirtkə fəlakəti riskinin azaldılması” layihəsi
  6. “Kənd təsərrüfatı tədqiqatları sahəsində məlumat mübadiləsinin və potensialın gücləndirilməsi” layihələrinin icra nəticələrinə dair məlumat hazırlanmışdır
94.İslam Əməkdaşlıq Təşkilatının İqtisadi və Ticarət Əməkdaşlığı üzrə Daimi Komitəsinin (COMCEC)  Layihələr Fondunun (CPF) 11-ci layihə çağırışı  çərçivəsində dəstəklənəcək layihələr üçün “Orqanik kənd təsərrüfatının inkişafı” adlı layihə təklifi hazırlanmış və təqdim edilmişdir.
95.BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Texniki Əməkdaşlıq Proqramı (FAO) çərçivəsində “Kənd yerlərinin maliyyələşdirilmə çərçivəsi: Aqrar Kredit və İnkişaf Agentliyinin (AKİA) kredit əməliyyatlarının dəstəklənməsi” layihəsinin fəaliyyət planının 1.7-ci bəndində nəzərdə tutulan “Seçilmiş dəyər zəncirlərinin maliyyə ehtiyaclarının təhlili” tədbirinin icrası məqsədilə südçülük dəyər zəncirinin maliyyə ehtiyaclarının təhlilinin aparılması üçün Xaçmaz, Biləsuvar, İmişli, Bərdə, Tərtər, Samux və Goranboy rayonlarında səfərdə olmuş sahə missiyasının hesabatı online formatda müzakirə olunmuşdur.
96.Asiya İnkişaf Bankının (AİB) Azərbaycan Respublikası üçün Cənubi Qafqazın kənd təsərrüfatı dəyər zəncirinin qiymətləndirilməsi mövzusunda hazırlanan hesabata verilmiş rəylərə düzəlişlər edilərək aidiyyəti üzrə təqdim edilmişdir.
97.İcrası başa çatmış Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətinin Gücləndirilməsi Layihəsi çərçivəsində Hava Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən daxil olan 2023-cü il 13 oktyabr tarixli 3-33-3100/2-005367/2023 nömrəli gömrük bəyannaməsinə uyğun olaraq gömrük borcunun ödənilməsinə dair məsələlər birgə müzakirə olunmuşdur.
98.İslam Əməkdaşlıq Təşkilatının İqtisadi və Ticarət Əməkdaşlığı üzrə Daimi Komitəsinin (COMCEC)  Layihələr Fondunun (CPF) 11-ci layihə çağırışı çərçivəsində dəstəklənəcək layihələr üçün mütəxəssislər tərəfindən aşağıdakı layihə təklifləri hazırlanmışdır (CPF).
11-ci layihə çağırışı  çərçivəsində dəstəklənəcək layihələr üçün CPF Üzv ölkələr arasında həmrəyliyi və çoxtərəfli əməkdaşlığı gücləndirmək, habelə həmin ölkələrdə institusional və insan potensialını artırmaq məqsədi daşıyır.
  • “Meyvə tingləri üçün ana blokların yaradılması və sertifikatlaşdırılması”
  • “İqlim əsaslı ağıllı kənd təsərrüfatı”
  • “Kənd yerlərində ərzaq dəyər zəncirinin təşviqi”
  • “Ekstremal iqlim dəyişikliklərinin təsirlərinin azaldılması və uyğunlaşdırılması vasitəsilə davamlı kənd təsərrüfatı istehsalının təmin edilməsi” adlı layihə təklifləri hazırlanmışdır.
    Layihələrin əsas məqsədi kənd təsərrüfatı məhsullarının davamlılığını təmin edən yeni maliyyə strategiyası formalaşdırmaqla ölkədə ərzaq təhlükəsizliyinin təmin edilməsinə töhfə vermək, fermerlərin su və torpaq kimi ehtiyatlardan səmərəli istifadə, aqrotexniki tədbirlərin həyata keçirilməsi və dəyər zəncirinin dayanıqlılığının artırılması üzrə fermerlərin bilik və bacarıqlarının artırılmasıdır.
  1. 24 oktyabr 2023-cü il tarixdə Kənd Təsərrüfatı Nazirliyinin inzibati binasında Asiya İnkişaf Bankının (AİB) missiya komandası ilə görüş həyata keçirilmişdir. Görüşün əsas məqsədi “Mərkəzi və Qərbi Asiya üçün İqlim Dəyişikliyi üzrə Strategiyanın Təqdim edilməsi” adlı Texniki Yardım (TY) layihəsinin həyata keçirilməsi ilə bağlı ilkin fikirlərin paylaşılması və rəylərin toplanmasından ibarət olmuşdur.
  2. 2023-cü ilin 25-26 sentyabr tarixlərində Bakı şəhərində keçirilmiş Türk Dövlətləri Təşkilatının (TDT) kənd təsərrüfatı nazirlərinin 2-ci iclasında növbəti bir il ərzində kənd təsərrüfatı paytaxtı elan olunmuş Quba şəhərində il ərzində keçirilməsi zəruri hesab edilən tədbirlərlə bağlı aşağıdakı təkliflər KTN-nin Beynəlxalq əməkdaşlıq şöbəsinə təqdim olunmuşdur.
  • Növbəti “Aqrobiznesin İnkişafı Forumu”nun keçirilməsi
  • Beynəlxalq qurumların, aidiyyəti orqanların və maraqlı tərəflərin iştirakı ilə aqrar sahənin prioritet istiqamətlərinə dair beynəlxalq elmi-praktiki simpoziumların, görüşlərin keçirilməsi, təqdimatların aparılması,
  • Aqrar sektorda, o cümlədən meyvəçilikdə innovativ texnologiyaların nümayişinə dair festivalların, sərgi-satışların təşkili,  
  • Quba şəhərində Türk Dövlətləri Təşkilatına üzv ölkələrin iştirakı ilə alma festivalının təşkili,
  • Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunda beynəxlaq simpoziumların təşkili,
  • Quba fermer evinin maddi-texniki bazasının gücləndirilməsi
  • Quba şəhərinin aqroturizm potensialını əks etdirən nümayişlərin və infoturların təşkil edilməsi;
101.Dövlət-özəl tərəfdaşlığı çərçivəsində aşağıdakı layihə təklifləri hazırlanmışdır:
  • Aqrar inkubasiya mərkəzlərinin yaradılması,
  • Kənd Təsərrüfatı Sektorunun Rəqəmsal Məlumat Xəritəsi,
  • Farmers Market Hub - FMH inkişafı və yayılması,
  • Fermerlər Bazarının Qovşağı platforması,
  • Müasir İstixanaların yaradılması,
  • Yerli iqlim şəraitinə uyğun və keyfiyyət standartlarına cavab verən bitki sortlarının araşdırılması və idxal olunması,
  • Qida Emalı və Saxlama Obyektləri: Kənd təsərrüfatı məhsullarının saxlanılması üçün anbarların, o cümlədən soyuducu anbarların tikintisinin dəstəklənməsi,
  • Regionlarda özəl investisiya fəallığının artırılması və investisiyaların cəlb edilməsi istiqamətində təşviq və dəstək tədbirlərinin davam etdirilməsi,
  • Suvarma və Su Təsərrüfatı: Kənd yerlərində suyun idarə edilməsini və paylanmasını yaxşılaşdırmaq üçün suvarma layihələrinin həyata keçirilməsi.
Layihə təklifləri, kənd təsərrüfatı məhsuldarlığının artırılmasına, ərzaq təhlükəsizliyinin və ölkədə kənd təsərrüfatı sektorunun potensialının  artırılmasına hədəflənmişdir.
 
  1. “Qoyunçuluğun davamlı inkişafı və ərzaq məhsullarının istehsalı üzrə dəyər zəncirinin yaradılması və həyata keçirilməsi” layihəsi çərçivəsində Zaqatala, Beyləqan və Ağcabədi rayonlarındakı 4 vahid kooperativ və ya qrup şəklində fəaliyyət göstərən fermerlər üçün “Süd emal avadanlığının pilot regionlarda fermerlərə təqdim olunması” müsabiqəsinə daxil olan müraciətlərə aidiyyəti üzrə baxılmış və həmin müraciətlərin qiymətləndirilməsi yekunlaşmışdır.
103.”İslam Əməkdaşlıq Təşkilatının İqtisadi və Ticarət Əməkdaşlığı 
üzrə Daimi Komitəsinin (COMCEC) Layihələr Fondunun
(CPF) 11-ci layihə çağırışı çərçivəsində COMCEC Layihəsinin maliyyələşdirilməsi çərçivəsində aşağıdakı layihə təklifləri:
  • AKIS-dən (Beynəlxalq Kənd Təsərrüfatı Bilik və İnformasiya Sistemi) istifadə etməklə fermer təşkilatlarının səlahiyyətlərinin artırılması,
  • İqlim əsaslı ağıllı kənd təsərrüfatı,
  • Kənd yerlərində ərzaq dəyər zəncirinin təşviqi
COMCEC elektron sistemə daxil edilmişdir.
104.”Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın Tədbirlər Planında Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin fəaliyyət istiqamətləri üzrə müəyyən edilmiş tapşırıqların icrasına dair İş Planında “KTN-nin təklifləri” hazırlanaraq aidiyyəti üzrə təqdim edilmişdir.
  1. Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təşkil etdiyi “Böyük Qayıdış: Reinteqrasiya və icma əsaslı inkişaf” adlı konfransda iştirak təmin edilmişdir.
Konfransda, aidiyyəti qurumların  və ictimaiyyətin nümayəndələri iştirak etmiş, Böyük Qayıdışa dair videoçarxlar nümayiş edilmiş, eyni zamanda müvafiq sertifikatlar almış işğaldan azad edilmiş ərazilərin sakinlərindən çıxışlar olmuşdur.  
106.Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) tərəfindən cari ilin 17 noyabr tarixində virtual formatda keçirilmiş QDİƏT-in Kənd Təsərrüfatı və Aqro-sənaye üzrə işçi qrupunun iclasında iştirak edilmişdir. 
İclasda ərzaq itkisi və tullantılarının azaldılması üzrə iş planı təqdim edilmiş, bu istiqamətdə Üzv ölkələr öz təcrübələri haqqında ətraflı  məlumatlar səsləndirilmişdir
  1. Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) tərəfindən FAO-Azərbaycan Tərəfdaşlıq Proqramı çərçivəsində “Azərbaycanda fındıqçılıq sahəsində səmərəliliyin və dayanıqlılığın sürətləndirilməsi-HAZER” layihəsi uğurla həyata keçirilmişdir.
Layihənin ”Fermerlərin dayanıqlı fındıq becərilməsi, yığım sonrası emal və təhlükəsizlik üzrə bilik və bacarıqları artırılması” komponenti üzrə “Fındıq potensialının artırılması: məhsuldarlıq, keyfiyyət və ixrac həcminin artırılmasına innovativ yanaşmalar” mövzusunda cari ilin 15 noyabr tarixində beynəlxalq konfrans təşkil edilmişdir.
Tədbirdə bir çox ölkələrdən maraqlı tərəflər iştirak etmiş, tərəflər sektor üzrə təqdimatlarla çıxış edərək fındıqçılıq üzrə dəyərli və yenilənmiş məlumatlar səsləndirmişlər.
Eyni zamanda konfransda, Nazirlik tərəfindən dəstəklənən Azərbaycan Fındıq İstehsalçıları və İxracatçıları Assosiasiyasının bu istiqamətdə potensial əməkdaşlığın həyata keçirilməsi məqsədilə Gürcüstandakı oxşar təşkilatla əlaqələrin qurulmasına maraqlı olduğu vurğulanmışdır.
2023-cü ilin noyabr ayının 22-də Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Fermerlər, assosiasiyalar və kooperativlərlə iş şöbəsinin, Meyvəçilik və tərəvəzçilik şöbəsinin, Aqrar Kredit və İnkişaf Agentliyinin, FAO-Azərbaycan ofisinin, həmçinin Azərbaycanda və Gürcüstanda fəaliyyət göstərən findıq istehsalçıları Assosiasiyaları rəsmilərinin iştirakı ilə virtual görüş təmin olunmuşdur. Görüşdə iki ölkə arasında “Azərbaycanda fındıqçılıq sahəsində səmərəliliyin və dayanıqlılığın sürətləndirilməsi-HAZER” layihəsi çərçivəsində birgə əməkdaşlıq və kooperativləşmə ilə bağlı ilkin müzakirələr aparılmışdır.
      Bütün bunlarla yanaşı Azərbaycan fındığının Çin bazarına çıxış imkanlarının mümkünlüyü barədə fikir mübadiləsi aparılmış, Gürcüstan Fındıqçılıq Assosiasiyasının dövlət tərəfindən həyata keçirilən layihələr çərçivəsində əməkdaşlarının əmək haqlarının ödənilməsi kimi məsələlər də gündəmdə olmuşdur.
  1. 23 noyabr tarixində Nazirliyin inzibatı binasında Heydər Əliyev Fondunun "Regional İnkişaf" İctimai Birliyi (RİİB) ilə kənd təsərrüfatı sahəsində həyata keçirilən layihələr üzrə əməkdaşlıqla bağlı görüş təşkil olunmuşdur. Görüşdə Nazirliyin və AKİA-nın rəsmiləri iştirak edərək, qarşı tərəfə Nazirliyin fəaliyyət istiqamətləri, aqrar sahənin inkişaf etdirilməsi ilə bağlı prioritet istiqamətlər üzrə məlumat vermiş, aqrar sahədə görülən işlər, həyata keçirilən tədbirlər səsləndirilmişdir. Eyni zamanda həyata keçirilən layihələr çərçivəsində birgə əməkdaşlığın daha çox kənd yerlərində, xüsusən gənclər, qadınlar və həssas qruplar arasında məşğulluğun artırılması, kənd təsərrüfatında innovasiyaların tətbiqi və dəyər zənciri üzrə həyata keçirilməsi qeyd edilmişdir.
RİİB rəsmiləri də öz növbəsində fəaliyyət istiqamətləri üzrə məlumat verərək daha çox işğaldan azad olunmuş ərazilərdə Kənd Təsərrüfatı Nazirliyi ilə birgə müxtəlif kənd təsərrüfatı yönümlü layihələrin həyata keçirilməsində maraqlı olduqlarını bildirmişlər. Görüşdə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində Kənd Təsərrüfatı Nazirliyi, eləcə də AKİA tərəfindən görülmüş işlər barədə məsələlər diqqətə çatdırılmış və Dövlər Proqramında qeyd olunan sahələr üzrə əməkdaşlıq məsələləri müzakirə edilmişdir.
  1. 2023-cü il 4-8 dekabr tarixlərində İtaliyanın Roma şəhərində Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) Şurasının 174-cü Sessiyası keçirilmiş, həmin sessiyada AKİA tərəfindən onlayn formatda iştirak təmin olunmuşdur.
Sessiya FAO-nun Baş direktoru Qu Donqyu tərəfindən açıq elan edilmiş, təşkilat tərəfindən dünyanın üzləşdiyi əsas çağırışlar üzrə çox zəruri irəliləyişə nail olmaq məqsədilə həyata keçirdiyi tədbirlər haqqında məlumat verilmişdir.
Sessiya, Şuranın Müstəqil Sədri Dr. Hans Hoogeveenin sədrliyi ilə keçirilmişdir. Sessiyada  gündəliyin qəbulu, üç Sədr müavininin seçilməsi, Layihə Komissiyasının sədrinin və üzvlərinin təyin edilməsi, 2024-2025-ci illər üçün iş proqramı və büdcəyə düzəlişlər, qlobal ərzaq təhlükəsizliyi problemləri və səbəbləri, “Əl-ələ” (hand-in-hand) təşəbbüsünün yenilənməsi, Şuranın Komitələrinin hesabatları, iradəetmə və digər məsələlər müzakirə edilmişdir. Sessiyada həmçinin, FAO mandatı altında ərzaq təhlükəsizliyi və əlaqəli məsələlərlə bağlı Qəzzada vəziyyət və Ukraynadakı müharibənin qlobal ərzaq təhlükəsizliyinə təsiri barəsində fikir mübadiləsi aparılmışdır.
110.Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi tərəfindən post-müharibə ölkələrində turizm sahəsində əldə olunan ən son tədqiqatları, qabaqcıl təcrübələri müzakirə etmək, bu sahədə fəaliyyət göstərən dövlət qurumlarını, ictimai birlikləri, yerli və xarici alimləri, ekspertlərin birgə iştirakı ilə  Ağdam şəhərində "İşğaldan Azad Olunmuş Ərazilərda Turizmin Bərpası və İnkişafı" mövzusunda elmi-praktiki konfransda iştirak təmin olunmuşdur. Tədbirdə Qarabag bölgəsində, həmçinin Şərqi Zəngəzurda turizm sektorunun  gələcək perspektivləri birgə müzakirə olunmuşdur.
111.FAO-Azərbaycan Tərəfdaşlıq Proqramı (FATP) çərçivəsində icra olunmuş AMAL layihəsi çərçivəsində “Aqro-Mən” müsabiqəsi keçirilmiş, müsabiqədə Bakı şəhəri, Salyan, Ağdam, Balakən rayonlarından müraciət edən 5 benefisiar qalib olmuşdur. Müsabiqənin qaliblərinə tələb əsaslı heyvandarlıq, arıçılıq, toxumçuluq və aqrokimyəvi analizlərin aparılması üçün avadanlıqlar alınmışdır. Balakən rayonundan olan müsabiqənin qalibi Sərxan Hacıyevə arıçılıqla bağlı avadanlıqlar təhvil verilmişdir. Sözügedən avadanlıqlar digər qalib benefisiarlara 2024- cü ilin yanvar-fevral aylarında təqdim olunacaqdır. Verilmiş avadanlıqlar gənc fermerlərin istehsalına müsbət təsir göstərməklə yanaşı, onların aqrar məşğulluğunun artırılmasına öz töhfəsini verəcəkdir.
  1. Aqrar İnnovasiya Mərkəzi tərəfindən aqrar innovasiyaların təbliği və təşviqi məqsədilə bölgələrdə fermerlərin, kiçik və orta sahibkarların, kənd təsərrüfatı məhsul və avadanlıqlarının istehsalı ilə məşğul olan şirkətlərin, eləcə də beynəlxalq təşkilatların və dövlət qurumlarının iştirakı ilə müxtəlif innovativ məhsul və avadanlıqların əyani nümayişi şəklində 2023-cü ilin 15 dekabr tarixində Kürdəmir rayonunda təşkil olunan Aqrar İnnovasiya Festivalında iştirak təmin olunmuşdur. Festivalda müasir kənd təsərrüfatı texnologiyalarının son nailiyyətləri nümayiş olunmuş, eyni zamanda maraqlı tərəflərə AKİA-nın fəsaliyyət istiqamətləri barədə məlumat verilmişdir.
113.“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın müvafiq bəndləri üzrə (5.3.7, 5.3.11 və 5.3.13) işğaldan azad edilmiş ərazilərin turizm imkanlarının təşviq edilməsi məqsədilə “Aqroturizmin inkişafı” layihəsinin qısa konsepsiyası hazırlanmışdır. Konsepsiyada bölgənin bu istiqamətdəki perspektivləri, nəzərdə tutulan fəaliyyətlər öz əksini tapmışdır.
 
114.İcrası başa çatmış “Kənd Yerlərinin Kompleks İnkişafı Layihəsi” çərçivəsində “Yevlax rayonu Aran qəsəbəsi ərazisində 4000 hektar ərazinin suvarılması” sub-layihəsi çərçivəsində tikilmiş suvarma sisteminin aidiyyəti üzrə balansa qəbul olunması barədə ardıcıl işlər davam etdirilmişdir. Məsələnin həll olunması üçün İqtisadiyyat Nazirliyi və Su Ehtiyatları Agentliyi nümayəndələri ilə üçtərəfli müzakirələr aparılmış, müzakirələrin nəticəsi olaraq AKİA tərəfindən İN-ə sozügedən obyektlərin aidiyyəti üzrə DSEA tərəfindən təhvil alınması barədə məktub ünvanlamışdır.
 
115.Mərkəzi Asiya üzrə Subregional Ofis ölkələrində ərzaq israfı və tullantısının azaldılması layihəsi çərçivəsində hazırlanmış “Qida itkisi və tullantılarının qarşısının alınması, azaldılması və monitorinqi üzrə Azərbaycan Milli Strategiyasına dair Çərçivə Sənədi” nin layihəsinə Nazirliyin müvafiq şöbə və qurumlarının təklif etdiyi rəy və təkliflər ingilis dilinə tərcümə olunaraq, FAO-ya təqdim edilmişdir.
Hazırda AKİA tərəfindən rəylərə uyğun olaraq Strategiyanın təkmilləşdirilməsi prosesi davam etdirilir.
  1. Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) və Türkiyə Respublikasının Kənd Təsərrüfatı və Meşə Nazirliyinin birgə təşkilatçılığı ilə “Kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən fermer və sahibkarların qəbulu və onların müraciətlərinə baxılması mexanizmi, eləcə də elektron sənəd dövriyyəsinin tətbiqi qaydaları və kadr məsələləri” üzrə Türkiyə Respublikasının təcrübəsinin öyrənilməsi məqsədilə 2023-cü ilin 20-22 dekabr tarixlərində Ankara şəhərində  KTN-nin rəsmiləri (Azad Cəfərli, İlham Süleymanov, Qumaş Həsənli, Təhminə İbrahimova, Dirəfruz Talıbova) və Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin sədr müavini Leyla Cabbarlı səfərdə olmuşlar.
      Səfərə hazırlıq məqsədilə Nazirliyin Aparat rəhbərinin tapşırığına müvafiq olaraq, Nazirliyin elmi kadr potensialının artırılması, bilik və bacarıqlarının mərhələli yüksəldilməsi məqsədilə mübadilənin həyata keçirilməsini özündə ehtiva edən layihə təklifi hazırlanaraq rəhbərliyə təqdim edilmişdir.
      Səfər dövründə Türkiyə Respublikasının Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyində Avropa Birliyinin nümayəndəsi, Nazirliyin Kadrlar üzrə baş idarəsi, Nəşriyyat və təhsil idarəsi, Aqrar İslahatlar üzrə Baş İdarəsi və TürkSat şirkətinin rəhbər şəxsləri ilə görüşlər keçirilmiş, Təlim Mərkəzi ziyarət edilmişdir.
        Keçirilən görüşlərdə ümumi maraq doğuran sahələr birgə müzakirə olunmuş, gələcək perspektiv imlkanları səsləndirilmişdir.
        AKİA-nın sədr müavini Leyla Cabbarlı FAO-Azərbaycan Tərəfdaşlıq Proqramı çərçivəsində 2020-ci il tarixindən etibarən BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı tərəfindən Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə birgə həyata keçirilən “Azərbaycanda fındıqçılıq sahəsində səmərəliliyin və dayanıqlılığın sürətləndirilməsi - HAZER” layihəsi çərçivəsində 2023-cü ilin 15 noyabr tarixində baş tutmuş “Fındıq potensialının artırılması: məhsuldarlıq, keyfiyyət və ixrac həcminin artırılmasına innovativ yanaşmalar” mövzusunda beynəlxalq konfrans barədə iştirakçıları məlumatlandırmış, sözügedən konfransda çıxış etmiş Azərbaycan, Türkiyə və Gürcüstanın fındıq istehsalçıları Assosiasiyalarının çıxışlarına istinad vermişdir. Eyni zamanda konfransdan sonra 22 noyabr tarixində Azərbaycan və Gürcüstanda fəaliyyət göstərən fındıq istehsalçıları Assosiasiyaları rəsmilərinin iştirakı ilə virtual formatda keçirilmiş görüş barədə məlumat verilmişdir. Qeyd olunan görüşdə Gürcüstan Fındıqçılıq Assosiasiyasının institutsionallaşmış fəaliyyəti, hər iki qurum arasında bilik və təcrübə mübadiləsinin aparılması yolları, eyni zamanda Türkiyə ilə əməkdaşlıq yolları da müzakirə edilmişdir.
 
  1. AKİA-nın 2024-cü il üçün Fəaliyyət Planının hazırlanması məqsədilə “Layihə və proqramlar şöbəsi” tərəfindən nəzərdə tutulan tədbirlər hazırlanmışdır.
       36 bənddən ibarət olan təbbirlərdə hazırda icraatda olan və gələcəkdə  icrası nəzərdə tutulan layihələr barədə görüləcək işlər, eyni zamanda kənd təsərrüfatının prioritetlərinə uyğun istiqamətlər üzrə gözlənilən forumlar, görüşlər, konfranslar qeyd olunmuşdur.
       Fəaliyyət Planında hər bir tədbirin ölkə üzrə əhəmiyyəti, mövcud Dövlət Proqramlarına  uyğunluğu, tədbir üzrə görüləcək ardıcıl işlər, onların büdcəsi, icra zamanı gözlənilən risklər,   təsirin ölçülməsi və s.məlumatlar əks olunmuşdur.
  
  1. Məlum olduğu kimi 2023-cü ilin 25-26 sentyabr tarixində Bakı şəhərində Türk Dövlətləri Təşkilatının (TDT) kənd təsərrüfatı nazirlərinin sayca II iclası keçirilmişdir. Tədbirdə Türkiyə, Şimali Kipr, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Macarıstan dövlətlərinin kənd təsərrüfatı nazirləri iştirak etmişlər. Keçirilmiş bu iclasda növbəti bir il ərzində (2024-cü ildə) Quba şəhəri kənd təsərrüfatı paytaxtı elan olunmuşdur. Bu baxımdan il ərzində Qubada, AKİA tərəfindən də keçirilməsi nəzərdə tutulan tədbirlər Nazirliyə təklif olunmuşdur.
        Belə təkliflərdən biri, 2024-cü ilin mart ayının 29-da sayca 3-cü dəfə təşkil olunacaq Aqrobiznesin İnkişafı Forumunun Quba şəhərində keçirilməsi olmuşdur ki, bu da Nazirlik tərəfindən müsbət qarşılanmışdır.
        Tədbirin əsas məqsədi aqrar sektorda  maraqlı  tərəflərin  bir  araya  gələrək  beynəlxalq  və yerli  təcrübəni, mövcud vəziyyəti, imkanları, o cümlədən aqrobiznesə maliyyə dəstəyi və dövlət güzəştlərindən daha çox fermer-sahibkarın faydalanması üçün lazım olan addımların müzakirə edilməsidir.
         Forumda, aqrobiznes sektorunun mövcud potensialı və investisiya  perspektivlərinin müzakirəsi, sektorun inkişafında dövlətin rolu, dövlət dəstəyi tədbirlərinin təkmilləşdirilməsi istiqamətlərinin səsləndirilməsi, sahəsinin inkişafı və bu sahədə çağırışlar, o cümlədən bu sahənin inkişafı ilə bağlı dövlət-özəl sektor əməkdaşlığı məsələlərinin müzakirəsi, Bank sektorunda aqrobiznesin maliyyələşdirilməsi təcrübəsinin, maliyyə alətləri, risklər və onların tənzimlənməsi ilə bağlı təkliflər, aqrar sahədə sahibkarlığın inkişafı, çətinliklər və imkanların müzakirəsi, Panel sessiyalarında sektorun  investisiya imkanları və yeni çağırışların səsləndirilməsi gözlənilir.
           FAO-Azərbaycan Ofisinin dəstəyi ilə nəzərdə tutulan Forumla baglı hazırlıq işlərinə başlanmış, tədbirin gündəliyi hazırlanmışdır. Hazırda iştirakçıların siyahısının müəyyənləşdirilməsi, xüsusilə Türk Dövlətləri Təşkilatına üzv ölkələrin nümayəndələrin Forumda iştirak üçün ölkəyə gəlişi məqsədilə  müvafiq razılaşmaların əldə olunması və s. üzrə birgə işlər davam etdirilir.