Texnika alışının maliyyələşdirilməsi haqqında ümumi məlumat
Ana səhifə
Texnika alışının maliyyələşdirilməsi haqqında ümumi məlumat
Kredit (və ya Lizinq) məbləği ------------------------ 1 000 000 ₼-dək
Kredit (və ya Lizinq) müddəti ------------------------ 5 ilədək
Faiz dərəcəsi ------------------------ AKİA tərəfindən subsidiyalaşdırılır
40% Güzəşt məbləği gömrük dəyərinin və ya yerli texnika olduqda qiymətləndirmə nəticəsində müəyyən edilmiş dəyərin 40%-ni təşkil edir.
20% Qiymətləndirici tərəfindən müəyyən olunmuş satış dəyərinin minimum 20%-ni təşkil edir.
40% Güzəşt və ilkin ödənişdən sonra qalıq məbləğ müvəkkil kredit təşkilatı tərəfindən kredit (və ya lizinq) formasında maliyyələşdirilir.
*Satış qiyməti qiymətləndirmə dəyərindən çox olarsa artıq olan hissə alıcı tərəfindən ödənilir.
Güzəşt tətbiq edilən kənd təsərrüfatı texnikaları:
Traktor (təkərli və tırtıllı)
Torpaq hazırlanma və becərmə texnikası
Səpin və əkin texnikası
Biçin və yığı texnikası, maşın və qoşquları
Gübrəsəpən və hazırlayan maşın, avadanlıq və qoşqular
Bitki mühafizəsi maşın və avadanlığı
Suvarma sistemləri dəsti və avadanlığı
Məhsulun çeşidlənməsi, təmizlənməsi və qurudulması üçün ilkin emal avadanlığı
Heyvandarlıqda və quşçuluqda istifadə olunan texnika, avadanlıq və aqreqat və qurğular
Yem istehsalında, tədarükündə və yemləmədə istifadə olunan maşın, avadanlıq və texnika
Kənd təsərrüfatı məhsullarının saxlanması üçün istifadə olunan avadanlıq
Toxumun emalında istifadə olunan maşın və avadanlıq
* Krediti və ya lizinq əldə etmək üçün AKİA web səhifəsində qeyd edilən müvəkkil kredit təşkilatlarına müraciət edin. http://akia.gov.az/az/content/61.html
* Krediti və ya lizinq borclarını tam və vaxtında ödəmək hər bir borcalanın fərdi məsuliyyətidir.VIDEO