Təşəbbüsün adı
|
Fermerlər üçün Bakı Harmoniya İqlim Təşəbbüsü FAO-nun Dayanıqlı Transformasiya üçün Ərzaq və Kənd Təsərrüfatı (FAST) Tərəfdaşlığı Təşəbbüsü
|
Təşəbbüsün məqsədi
|
1. Aqrar-ərzaq sistemləri və iqlim fəaliyyəti üzrə bilik və təcrübə mübadiləsi üçün mövcud beynəlxalq təşəbbüslərin əlaqələndirilməsi və əməkdaşlığın gücləndirilməsi;
2. Çoxtərəfli İnkişaf Bankları (MDB-lər) və Aqrar Dövlət İnkişaf Bankları (PDB-lər) ilə güclü əməkdaşlığa əsaslanmaqla, özəl və dövlət sektorları tərəfindən aqrar-ərzaq sistemlərinin transformasiyasına yönəlmiş investisiyaların stimullaşdırılması və sinerjilərin yaradılması;
3. Fermerlərin, xüsusilə qadınların və gənclərin gücləndirilməsi, habelə ərzaq, kənd təsərrüfatı və su sektorlarında uyğunlaşma tədbirləri üçün iqlimə davamlı kənd icmalarının inkişafına dəstək verilməsi.
|
İcraçı təşkilat
|
FAO Azərbaycan nümayəndəliyi, KTN, AKİA
|
Donor təşkilat
|
FAO
|
İcra müddəti
|
2024-davam edir
|
Təşəbbüs çərçivəsində görülmüş işlər
|
· Dayanıqlı Transformasiya üçün Ərzaq və Kənd Təsərrüfatı (FAST) Tərəfdaşlıq Şurası ilə əməkdaşlıq çərçivəsində Harmoniya Təşəbbüsünün icrasına dəstək və flaqman proqram kimi tanınması;
· “4-cü Aqrobiznesin İnkişafı Forumu: Harmoniyaya gedən yol” tədbirinin keçirilməsi;
· Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində Harmoniya Təşəbbüsünün məqsədlərinə uyğun şəkildə dəyirmi masanın təşkil edilməsi;
· Aqrar Süni İntellekt layihəsi çərçivəsində iqlimə davamlı 30-dan çox AI əsaslı xidmətin hazırlanması;
· Azərbaycan üçün hərtərəfli təsərrüfatın dayanıqlılığının ölçülməsi sisteminin işlənib-hazırlanmasında Kənd Təsərrüfatı Nazirliyinə texniki dəstək (TCP/AZE/4004) layihəsi çərçivəsində iqlimə davamlı və effektiv təcrübələrdən istifadə edən fermerləri fərqləndirən bir sistemin yaradılması;
· AKİA tərəfindən yaşıl maliyyə mexanizmlərinin təşviqi.
|
Əlaqələndirici şəxs
|
Aqrar Kredit və İnkişaf Agentliyinin sədr müavini – Leyla Cabbarlı (leyla.jabbarli@agro.gov.az)
|