Təşəbbüsün adı
|
FAO-nun Dayanıqlı Transformasiya üçün Ərzaq və Kənd Təsərrüfatı (FAST) Tərəfdaşlığı Təşəbbüsü
|
Təşəbbüsün məqsədi
|
Azərbaycanın kənd təsərrüfatı və aqro-ərzaq sistemlərinin iqlim dəyişmələrinə davamlılığının artırılması, dayanıqlı kənd təsərrüfatı təcrübələrinin təşviqi və aqrar sektorda iqlim maliyyəsinə çıxış imkanlarının genişləndirilməsi istiqamətində beynəlxalq əməkdaşlığın gücləndirilməsi
|
İcraçı təşkilat
|
FAO Azərbaycan nümayəndəliyi, KTN, AKİA
|
Donor təşkilat
|
FAO
|
İcra müddəti
|
2024-davam edir
|
Təşəbbüs çərçivəsində görülmüş işlər
|
· Dayanıqlı Transformasiya üçün Ərzaq və Kənd Təsərrüfatı (FAST) Tərəfdaşlıq Şurası ilə əməkdaşlıq çərçivəsində Harmoniya Təşəbbüsünün icrasına dəstək və flaqman proqram kimi tanınması;
· “4-cü Aqrobiznesin İnkişafı Forumu: Harmoniyaya gedən yol” tədbirində FAST nümayəndələrinin çıxışı;
· Bakı İqlim Fəaliyyəti Həftəsi (BCAW) 2026 çərçivəsində FAST Tərəfdaşlığı və “Fermerlər üçün Bakı Harmoniya İqlim Təşəbbüsü” üzrə COP29-dan sonra görülmüş işlərin, Azərbaycanın təşəbbüsdə rolunun, iqlim maliyyəsi və investisiya imkanlarının müzakirəsinə həsr olunmuş yüksək səviyyəli dəyirmi masa təşkili;
· Azərbaycanın aqrar sahədə rəqəmsallaşma və süni intellektin tətbiqi, yaşıl maliyyə mexanizmləri üzrə təcrübəsinin FAST platforması vasitəsilə beynəlxalq tərəfdaşlarla bölüşülməsi.
|
Əlaqələndirici şəxs
|
Aqrar Kredit və İnkişaf Agentliyinin sədr müavini – Leyla Cabbarlı (leyla.jabbarli@agro.gov.az)
|