Yaşıl İqlim Fondu (Green Climate Fund – GCF)
- Ana səhifə
- Yaşıl İqlim Fondu (Green Climate Fund – GCF)

Yaşıl İqlim Fondu (Green Climate Fund – GCF) Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası (UNFCCC) çərçivəsində 2010-cu ildə yaradılmış beynəlxalq maliyyə mexanizmidir. Fondun əsas məqsədi inkişaf etməkdə olan ölkələrə iqlim dəyişikliyinin təsirlərinin azaldılması və iqlim dəyişikliklərinə uyğunlaşma istiqamətində maliyyə dəstəyinin göstərilməsidir.
AKİA və GCF arasında əməkdaşlıq kənd təsərrüfatında iqlim dəyişmələrinə uyğunlaşma, iqlim dəyişmələrinin təsirlərinin azaldılması və dayanıqlı aqrar inkişaf istiqamətlərində maliyyə və texniki dəstək imkanlarının araşdırılmasını əhatə edir. Əməkdaşlıq çərçivəsində beynəlxalq və regional planlaşdırma tədbirlərində iştirak, iqlim maliyyələşdirilməsi imkanlarının müzakirəsi, erkən xəbərdarlıq sistemlərinin inkişafı, süni intellekt və rəqəmsal həllərin tətbiqi, eləcə də kənd təsərrüfatı tullantılarının təkrar emalı və karbon emissiyalarının azaldılması üzrə layihə təşəbbüslərinin müzakirəsi həyata keçirilir. AKİA bu istiqamətdə layihələrin hazırlanması, müvafiq dövlət dəstəyi mexanizmlərinin əlaqələndirilməsi və beynəlxalq maliyyə resurslarının cəlb edilməsi prosesində iştirak edir.