AZ EN

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) İqtisadi və Ticarət Əməkdaşlığı üzrə Daimi Komitəsi (COMCEC)

  • Ana səhifə
  • İslam Əməkdaşlıq Təşkilatının (İƏT) İqtisadi və Ticarət Əməkdaşlığı üzrə Daimi Komitəsi (COMCEC)

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) İqtisadi və Ticarət Əməkdaşlığı üzrə Daimi Komitəsi (COMCEC) İƏT-ə üzv ölkələr arasında iqtisadi və ticarət əlaqələrinin gücləndirilməsi, birgə təşəbbüslərin təşviqi və inkişaf sahələrində əməkdaşlığın genişləndirilməsi məqsədilə fəaliyyət göstərən platformadır. COMCEC  1981-ci ilin yanvar ayında Səudiyyə Ərəbistanının Məkkə və Taif şəhərlərində keçirilmiş İƏT-in III Zirvə Görüşünün qərarı ilə təsis edilmişdir. COMCEC çərçivəsində kənd təsərrüfatı, ərzaq təhlükəsizliyi, kənd yerlərinin inkişafı və dayanıqlı maliyyələşmə prioritet əməkdaşlıq istiqamətləri sırasındadır.

Layihənin adı

Məqsədi

İcra müddəti

İcraçı təşkilat

İqlimə uyğun ağıllı kənd təsərrüfatı və sosial məsuliyyətli təcrübələrin təşviqi vasitəsilə COVID-19 pandemiyası dövründə ərzaq itkilərinin və tullantılarının azaldılması

Ərzaq sistemi boyunca itkilərin və tullantıların qarşısının alınması və azaldılması üzrə hərtərəfli və daha effektiv siyasət və biznes strategiyalarının öyrənilməsi və Türkiyənin qabaqcıl təcrübəsinin mənimsənilməsi

2022-ci il

COMCEC, AKİA

İqlim əsaslı ağıllı kənd təsərrüfatı (CSA)

Qlobal istiləşmənin kənd təsərrüfatına və ətraf mühitə mənfi təsirini azaltmaq və CSA tətbiqi yolu ilə beynəlxalq təcrübədə istifadə olunan bütün innovativ alətləri tətbiq etməklə ölkədə ərzaq təhlükəsizliyinin təmin edilməsinə töhfə vermək

2024-cü il

COMCEC, AKİA