Aqrar Subsidiya Şurasının 2026-ci il 26 may tarixli iclasının
P R O T O K O L U № 12
QƏRARA ALIR:
Bakı şəhəri
26 may 2026-cı il
-
Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 dekabr tarixli 413
nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf
Agentliyinin vəsaitindən istifadə Qaydası”nın 6-1-ci hissəsinə uyğun
olaraq verilən kreditlərin illik faiz dərəcəsinin maliyyələşdirilən
hissəsi ilkin mərhələdə 19 faizədək müəyyən edilsin.
-
Müvəkkil təşkilatların (lizinq təşkilatları istisna olmaqla) vəsaiti
hesabına verilən kreditlərlə istehsalı maliyyələşdirilən kənd
təsərrüfatı məhsullarının siyahısı təsdiq edilsin:
| 2.1. |
Çəltik |
| 2.2. |
Qarğıdalı |
| 2.3. |
Darı |
| 2.4. |
Sorqo |
| 2.5. |
Digər dənli və dənli paxlalılar (buğda, arpa, çovdar,
vələmir, qarabaşaq, noxud, lobya, mərci və s.)
|
| 2.6. |
Günəbaxan |
| 2.7. |
Kartof |
| 2.8. |
Tərəvəz |
| 2.9. |
Bostan bitkiləri |
| 2.10. |
Pambıq |
| 2.11. |
Şəkər çuğunduru |
| 2.12. |
Tütün |
| 2.13. |
Soya |
-
2025-cü il 18 avqust tarixli qərar (11 saylı protokol) ilə
Naxçıvan iqtisadi rayonunda istehsal edilən kənd təsərrüfatı
bitkiləri üzrə 2026-cı il üçün müəyyən edilən
əkin əmsalları və əkin subsidiyasının məbləği aşağıdakı kimi
dəyişdirilsin:
| |
Bitki növləri |
Əkin əmsalı |
Əkin subsidiyası (manat/ha) |
| 3.1. |
Kartof: |
|
|
| 3.1.1. |
müasir suvarma sistemləri ilə təmin olunmuş əkin sahələri
|
2,5 |
500 |
| 3.1.2. |
müasir suvarma sistemləri ilə təmin olunmamış əkin sahələri
|
1,75 |
350 |
| 3.2. |
|
| 3.2.1. |
Tərəvəz: |
| 3.2.1.1. |
müasir suvarma sistemləri ilə təmin olunmuş əkin sahələri
|
2,25 |
450 |
| 3.2.1.2. |
müasir suvarma sistemləri ilə təmin olunmamış əkin sahələri
|
1,5 |
300 |
| 3.3. |
|
| 3.3.1. |
Bostan bitkiləri: |
| 3.3.1.1. |
müasir suvarma sistemləri ilə təmin olunmuş əkin sahələri
|
2,1 |
420 |
| 3.3.1.2. |
müasir suvarma sistemləri ilə təmin olunmamış əkin sahələri
|
1,35 |
270 |
-
2025-cü il 18 avqust tarixli qərar (11 saylı protokol) ilə
Naxçıvan iqtisadi rayonunda istehsal edilən kənd təsərrüfatı
bitkiləri üzrə 2026-cı il üçün müəyyən edilən
məhsul əmsalları və məhsul subsidiyasının məbləği aşağıdakı kimi
dəyişdirilsin:
| |
Bitki növləri |
Məhsul əmsalı |
Məhsul subsidiyası (manat/ton) |
| 4.1. |
Tütün: |
|
|
| 4.1.1. |
Virciniya sortu, yaş
|
|
|
| 4.1.1.1. |
müasir suvarma sistemləri ilə təmin olunmuş əkin sahələri
|
0.18 |
36 |
| 4.1.1.2. |
müasir suvarma sistemləri ilə təmin olunmamış əkin sahələri
|
0.17 |
34 |
| 4.1.2. |
digərləri:
|
|
|
| 4.1.2.1. |
Quru |
|
|
| 4.1.2.1.1. |
müasir suvarma sistemləri ilə təmin olunmuş əkin sahələri
|
1.1 |
220 |
| 4.1.2.1.2. |
müasir suvarma sistemləri ilə təmin olunmamış əkin sahələri
|
1 |
200 |
| 4.1.2.2. |
Yaş |
|
|
| 4.1.2.2.1. |
müasir suvarma sistemləri ilə təmin olunmuş əkin sahələri
|
0.11 |
22 |
| 4.1.2.2.2. |
müasir suvarma sistemləri ilə təmin olunmamış əkin sahələri
|
0.1 |
20 |
-
Aqrar Subsidiya Şurasının bitkiçilik sahəsində 2026-cı il üzrə
bitkilər və regionlara görə əkin, məhsul və toxum əmsallarının, toxum
və ting kvotalarının və əkin ehtiyaclarının müəyyən edilməsinə dair
2025-cü il 18 avqust tarixli qərarının (11 saylı protokol) Qərarın
2.17.5-ci yarımbəndində qaragilə (mavigilə) üzrə əkin əmsalı
Şirvan-Salyan, Dağlıq Şirvan, Abşeron-Xızı, Lənkəran-Astara, Qarabağ,
Şərqi Zəngəzur, Naxçıvan və Quba-Xaçmaz iqtisadi rayonlarında bir torpaq sahəsində (parseldə) və ya bir
neçə torpaq sahəsindən (parseldən) ibarət vahid ərazidə salınan və
sahəsi ən azı 1 hektar olan, 1 hektara minimum 3400 ədəd (İşğaldan azad
edilmiş ərazilər və Naxçıvan Muxtar Respublikası üzrə 3570
ədəd) tingin dibçəklərdə torf və perlit qarışığında əkildiyi
qaragilə (mavigilə) bağlarına şamil edilsin.
-
Aqrar Subsidiya Şurasının bitkiçilik sahəsində 2026-cı il üzrə
bitkilər və regionlara görə əkin, məhsul və toxum əmsallarının, toxum
və ting kvotalarının və əkin ehtiyaclarının müəyyən edilməsinə dair
2025-ci il 18 avqust tarixli qərarının (11 saylı protokol) 51.1-ci
bəndində pambıq üzrə məhsul əmsalı Ağcabədi, Ağdam, Beyləqan, Bərdə,
Biləsuvar, Goranboy, İmişli, Kürdəmir, Neftçala, Saatlı,
Sabirabad, Salyan, Tərtər, Yevlax, Zərdab rayonlarına, habelə Cəlilabad
rayonunun Günəşli və Təzəkənd kəndlərinə, Ucar rayonunun Xələc
kəndinə, Ağsu rayonunun Göydəlləkli kəndinə şamil
edilsin, digər rayon və kəndlər üzrə 0-a bərabər qəbul edilsin.
-
Aqrar Subsidiya Şurasının bitkiçilik sahəsində 2026-cı il üzrə
bitkilər və regionlara görə əkin, məhsul və toxum əmsallarının, toxum
və ting kvotalarının və əkin ehtiyaclarının müəyyən edilməsinə dair
2025-ci il 18 avqust tarixli qərarının (11 saylı protokol)
16.2.1.3-cü abzasında şaftalı, nektarin və ərik üzrə əkin
əmsalları Ağdam, Ağdərə, Cəbrayıl, Zəngilan və
Xocavənd rayonlarının işğaldan azad edilmiş ərazilərində
dəniz səviyyəsindən 150-500 metr aralığındakı hündürlükdə
yerləşən ərazilərdə yerləşən bir torpaq sahəsində (parseldə) və ya bir
neçə torpaq sahəsindən (parseldən) ibarət vahid ərazidə dirək
sistemi ilə salınan, cəmi sahəsi ən azı 3 hektar olan və 1 hektara minimum
2500 ədəd sertifikatlı, patent sahibinə istifadəyə görə
mükafatın ödənildiyi tingin əkildiyi intensiv şaftalı (nektarin)
və ərik bağlarına şamil edilsin, 2025-ci ilin sentyabrın 1-dən 2026-cı il
mayın 31-dək salınan və qeyd edilən tələblərə cavab verməyən intensiv
şaftalı (nektarin) və ərik bağları üzrə əkin əmsalı bu Qərarın
2.16.1.14-cü abzası ilə müəyyən edilən əkin əmsalına bərabər
qəbul edilsin
-
Aqrar Subsidiya Şurasının bitkiçilik sahəsində 2026-cı il üzrə
bitkilər və regionlara görə əkin, məhsul və toxum əmsallarının, toxum
və ting kvotalarının və əkin ehtiyaclarının müəyyən edilməsinə dair
2025-cü il 18 avqust tarixli qərarının (11 saylı protokol) Qərarın
7-ci maddəsi aşağıdakı redaksiyada verilsin:
Buğda üzrə cəmi əkin sahəsi 10 hektardan və ya arpa üzrə cəmi əkin
sahəsi 100 hektardan artıq olan fermerlər tərəfindən sertifikatlı toxum
istifadə edilmədikdə əkin əmsalı aşağıdakı kimi müəyyən edilsin:
| 8.1 |
İşğaldan azad edilmiş ərazilər üzrə |
|
|
| 8.1.1. |
müasir suvarma sistemləri ilə təmin olunmuş əkin sahələri
|
1,6 |
320 |
| 8.1.2. |
müasir suvarma sistemləri ilə təmin olunmamış əkin sahələri
|
0,4 |
80 |
| 8.2. |
Digər ərazilər üzrə |
|
|
| 8.2.1. |
müasir suvarma sistemləri ilə təmin olunmuş əkin sahələri
|
1,16 |
232 |
| 8.2.2. |
müasir suvarma sistemləri ilə təmin olunmamış suvarılan əkin
sahələri
|
0,92 |
184 |
| 8.2.3. |
dəmyə əkin sahələri |
0,8 |
160 |
-
2026-cı ildə əkin subsidiyasının verilməsi üçün
“Aqrar sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa
müvafiq sığortalanmalı olan bitkilərə birillik bitkilər üzrə həm
əsas əkinlər, həm də təkrar əkinlər üçün tətbiq edilməklə
buğda, arpa, qarğıdalı və çəltik bitkiləri aid edilsin və
sığortalanmalı olan hər bitki üzrə cəmi əkin sahəsinin minimum
ölçüsü 10 hektar olaraq müəyyən edilsin.
-
Aqrar Subsidiya Şurasının bitkiçilik sahəsində 2026-cı il üzrə
bitkilər və regionlara görə əkin, məhsul və toxum əmsallarının, toxum
və ting kvotalarının və əkin ehtiyaclarının müəyyən edilməsinə dair
2025-cü il 18 avqust tarixli qərarının (11 saylı protokol) 31.3.1-ci
abzası ilə müəyyən edilmiş müasir suvarma sistemi ilə təmin
olunmuş əkin sahələrində şəkər çuğunduru üzrə məhsul əmsalı
0.095-dən 0.11-ə qədər, 31.3.2-ci abzası ilə müəyyən edilmiş
müasir suvarma sistemi ilə təmin olunmamış əkin sahələrində şəkər
çuğunduru üzrə məhsul əmsalı 0.09-dan 0.095-ə qədər
artırılaraq hər ton üçün ödənilən məhsul subsidiyası
müvafiq olaraq 22 manat və 19 manat məbləğində müəyyən edilsin.