Fermerlərə subsidiya ödənişləri davam edir

2026-04-01

Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) tərəfindən 2025–2026-cı əkin ili üzrə payızlıq əkinlər və payızda əkilən çoxillik əkmələr üzrə bu günədək ümumilikdə 277 min 825 fermerə 810 min 810 hektar sahə üzrə əkin subsidiyası ödənilib.
Qeyd edək ki, hazırda payızlıq əkinlər üzrə məlumatların və torpaq sənədlərinin yoxlanılması prosesi davam edir. Monitorinqləri başa çatan və tələb olunan sənədləri sistemə daxil edən fermerlərin ödənişləri mərhələli qaydada aparılır. Ödənişlər davam edəcək.